Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınların zorakılığına məruz qalan kişilərin arasında ölənlər də var

“Azərbaycanda hər il məişət zorakılığı ilə bağlı, təxminən, 850-yə qədər cinayət işi qeydə alınır. 2016, 2017 və 2018-ci illər ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq halı isə kişilərə qarşı olub”

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, son üç il ərzində Azərbaycanda qadınlar tərəfindən zorakılığa məruz qalan kişilərin arasında ölənlər də olub: “Kişilərə qarşı zorakılıq halları daha çox kişilərin öz arasında baş verib. Yəni, bu zorakılıq halları ata-oğul, qardaşlar, kürəkən-qayınata münasibətləri zəminində qeydə alınıb. Təbii ki, bu illər ərzində qadınlar tərəfindən zorakılığa məruz qalan kişilər də qeydiyyata alınıb. Hətta bu halların arasında ölümlə nəticələnəni də olub. Sadəcə olaraq, bu hallar barmaqla sayılası qədərdir”.

Şöbə müdiri vurğulayıb ki, məişət zorakılıq faktları daha çox kişilər tərəfindən törədilir: “Qərbi Avropa ilə müqayisədə Azərbaycanda qeydə alınan zorakılıq halları daha çox qadınlara qarşı törədilib”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar