Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Avropa Liqasının finalı Rusiyada keçirilə bilər

Rusiyanın "Spartak" (Moskva) komandasının ev oyunlarını keçirdiyi "Otkrıtiye Arena"da UEFA Avropa Liqasının finalı təşkil oluna bilər

Bu barədə Moskva təmsilçsinin kommersiya direktoru Aleksandr Atamanenko TASS-a açıqlamasında bildirib. O, Avropa Liqasının final oyununu keçirməkdə maraqlı olduqlarını deyib. Atamanenko həmçinin arenanın Çempionlar Liqası finalı üçün uyğun olmadığını söyləyib.

Qeyd edək ki, "Otkrıtiye Arena" 2014-cü ildən istifadədədir. Stadionun tutumu 45 min 360 nəfərdir. Avropa Liqasında cari mövsümün finalı mayın 29-da Bakı Olimpiya Stadionunda, növbəti il isə Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda olacaq.

2021-ci il finalı uğrunda Gürcüstanın Tbilisi ("Boris Payçadze adına Dinamo Arena") və İspaniyanın Sevilya şəhərləri ("Ramon Sançes Pisxuan") mübarizə aparacaq. Qərar isə mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda təşkil olunacaq iclasında açıqlanacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar