Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pensiya sistemində aparılacaq islahatlarla bağlı 5 illik plan hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair seminar keçirilir

Nazirlikdən verilən məlumata görə, seminarda “PricewaterhouseCoopers” (PwC) şirkətinin Hollandiyadan dəvət edilmiş konsultantları da iştirak edir.

Seminarın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ölkədə sosial sahə ilə bağlı islahatlar proqramı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Nazir müavini ötən dövrdə sosial təminat sisteminin gücləndirilməsi və həmçinin əhatə dairəsinin genişləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmin sistemin əsas komponentlərindən olan və respublika əhalisinin 13%-lik bir hissəsini, yəni 1,3 mln. vətəndaşı əhatə edən pensiya təminatında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıqları əsasında aparılan islahatlar bir tərəfdən pensiya məbləğlərinin getdikcə artmasına, digər tərəfdən, bu sahədə idarəçilik və xidmətlərin innovativ əsasda qurulmasına imkan verib.

A. Kərimov cari ilin əvvəlindən ölkədə avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlandığını və bu formada proaktiv xidmətlərin sosial təminat sisteminin digər sahələri üzrə genişləndirilməsi işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini pensiya sistemində aparılacaq islahatlar, atılacaq addımlarla bağlı növbəti 5 illik dövr üçün planın da hazırlanmaqda olduğunu, bu sahədə beynəlxalq ekspertlərin də təklif və tövsiyələrinə önəm verildiyini qeyd edib.

O, eyni zamanda, PwC şirkətinin ekspertləri ilə bu mövzuda məsləhətləşmələrin əhəmiyyətli olacağına əminliyini ifadə edib

Seminarın gündəliyinə Azərbaycanda mövcud pensiya sisteminin və ötən dövrdə aparılan pensiya islahatlarının, pensiya sisteminin gələcək inkişafı məsələlərinin müzakirəsi, hazırlanan yeni 5 illik planın əsas prioritetlərinin müəyyən olunması ilə bağlı məsləhətləşmələrin aparılması daxildir.(ONA)

pia.az


Etiket: pensiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar