Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənnətdəki cinayət kimin işidir?..

Dünyanı xəraca bağlayıb, cəmiyyətləri və dini icmaları bu məqsədlə coğrafi və mədəni olaraq yenidən dizayn etməyə çalışan qəddar qüvvələrin Şri-Lankada son dərəcə qəddar bir şəkildə cinayət törətməsi ortadadır

Ömər Ləkəsiz,
“Yeni Şafak” qəzeti, Türkiyə, 23 aprel 2019-cu il

Keçən bazar günü tam adı Şri-Lanka Demokratik Sosialist Cümhuriyyəti olan Şri-lankada intiharla törədildiyi hesab olunan bir sıra terror aktlarında həyatını itirənlərin sayı 290-a çatdı. (Ölü sayı artıq 359-a çatıb. Red!) 500 nəfərin də yaralandığı bu terror aktında iştirak etdiyi düşünülən 24 nəfər isə saxlanıldı.

Fransız Xəbər Agentliyi bildirir ki, Şri-Lanka polis təşkilatına 10 gün əvvəldən bu hücumla bağlı xəbərdarlıq edilmişdi. Polis rəisləri ilə baş nazir də bu informasiyanın çatdırıldığını təsdiq edir və bu bilginin niyə görməzdən gəlindiyini araşdıracaqlarını bildiriblər.

290 günahsız insanın qətl edilməsi qarşısında bu terror aktlarının kim tərəfindən və kimə qarşı bir xəbərdarlıq olduğunu, məsələn, silah alınması yolu ilə kimsə kiməsə vacib olan məbləği ödəmədiyi üçün bu hadisələrin baş verdiyini araşdırmaq lazım gələrkən, “Radikal islamçı Milli Tövhid Birliyi – NTJ” başlığı ilə terrorun əsl günahkarlarını gizlətməyə çalışıblar.

Sözügedən terror aktlarının Pasxa bayramı mərasimləri ilə eyni vaxta təsadüf etməsi, bəzi kilsələri və böyük hotelləri hədəfə alması da kifayət qədər zəmin yaradır.

Enerji və qida baxımından asılı olduğu Hindistandan 31 km aralı olan Şri-Lanka sahəsi 65.610 km2 ,əhalisi isə 21 milyon olan bir ölkədir.

Biri Kolumbiya, digəri də Şri Cayavardenepura Kotte olmaqla, 2 paytaxtı olan Şri-Lanka 1504-də Portuqaliya tərəfindən işğal edildikdən sonra Almaniyanın koloniyasına çevrilmiş, 1657-də Hollandiya tərəfindən işğal edilmiş, Napoleon müharibələri ilə (1803) başlayan müddətdə isə Hindistanla birlikdə uzun illər İngiltərənin işğalı altında qalmışdır.

Bu gün hələ də məlumdur ki, Tərəfsiz Dövlətlər Hərəkatının qurucusu olaraq İngiltərə Millətlər Cəmiyyətinə tabe olan Şri-Lankanı Hindistan hər zaman ələ keçirmək istəyib. Digər tərəfdən, Portuqaliya, Hollandiya, Almaniya və İngiltərənin bitməyən haqq iddiaları da gündəmdədir.

Şri-Lanka əhalisinin 74%-ni sindhilər, 14%-ni tamillər, 8%-ni isə müsəlmanlar təşkil edir. Müsəlmanlar ən çox paytaxt Kolomboda (14%) məskunlaşıblar, böyük bir qismi isə buddist olan digər etnik qruplar arasındakı toqquşmalarda iştirak etməyiblər və həmçinin, Şri-Lankanın ən sakit topluluq kimi tanınırlar.

Bu mənada, 1976-ci ildə qurulan “Tamil Azadlıq Pələngləri” təşkilatının müstəqil bir Tamil dövləti qurmaq üçün 1983-cü ildə başlatdıqları vətəndaş müharibəsi ancaq 18 may 2009-cu ildə hökümət qüvvələri ilə girdikləri toqquşmalarda böyük itki verdikləri üçün silahlı mübarizədən əl çəkmələri ilə nəticələnmişdir.

Daha dəqiq desək, Tamillər məğlubiyyət ucbatından sülh müqaviləsi imzalasalar da, əməllərindən əl çəkməyiblər. Nəticədə, bu vəziyyət Şri-Lanka üzərində haqq iddia edən dövlətlər Tamillər üzərindən fitnələrini və maraqlarını təmin etməyə davam edirlər.

Şri-Lanka coğrafi və hərbi planda böyük bir strateji dəyər daşımaqla bərabər, sanki (bir neçə dəfə görmək fürsətim olub) cənnətdən bir nümunədir.

Bəzi mötəbər qaynaqlarda Hz. Adəmin cənnətdən dünyaya endirildiyi yer olaraq göstərilir ki, adanın ikinci böyük şəhəri olan Kandi yaxınlığındakı bir təpənin adı da "Adəm Təpəsi"dir.

Çayı ilə məşhur olan Şri-Lankada hakim olan rəng təbii yaşıllıqların rəngidir. Eynilə Hindistandakı kimi insanların zibilliyini örtən və əmərək yox edən bir xüsusiyyətə malik olduğu qədər, cənnətə bənzər bir gözəlliyə də sahibdir.

Hind okeanının maviliyi ilə Şri-Lankanın yaşıllığının yaratdığı bu gözəllik görməyə dəyər olduğu üçün bu ada daima turistlərin diqqətini cəlb edir.

Sinhal və portuqal dilində, tamilcə, ingiliscə danışılan bu ada dövlətində 335 ilə 1 km arasında dəyişən uzunluqları ilə təbiətin gözəlliyini zirvəyə daşıyan Kala Oya, Mahaveli, Deduri Oya, Kelani, Yan Oya, Valave Qanqa, Madura Oya, Maha Oya adlı çaylar ve Yala Udavalave, Vilpattu, Horton Plains, Sinharaja Meşə Qoruğu, Vasqamuva, Qal Oya, Madura Oya, Lunuqamvehera, Anqamedilla adları ilə dünyanın ən gözəl təbii parkları vardır.

Sahillərindəki dərin uçurumlarda balinalara sığınacaq yaradan Şri-Lanka və ya Seylan adasının 290 günahsız vətəndaşı ilə birlikdə sakitliyi və gözəlliyi məhv edilməsinin səbəbləri bunlardır.

Dünyanı xəraca bağlayıb, cəmiyyətləri, dini icmaları bu məqsədlə coğrafi və mədəni olaraq yenidən dizayn etməyə çalışan qəddar qüvvələrin Şri-Lankada son dərəcə qəddar bir şəkildə cinayət törətməsi gözardı edilməməli və əsla unudulmamalıdır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar