Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycan kuboku: “Qəbələ” qalib gəlib, Sumqayıtda qol vurulmayıb - Video

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib

 

İlk oyunlar çərçivəsində iki matç keçirilib.

Günə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib.

Matçın taleyini bir qol həll edib. 73-cü dəqiqədə fərqlənən Ceyms Adeniyi meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.

Premyer Liqada turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Zirə” və “Sumqayıt” sonuncuların meydanında üz-üzə gəlib. Avrokuboklara vəsiqə üçün bütün ümidləri ölkə kuboku ilə bağlı olan klubların görüşündə qol vurulmayıb.

Qeyd edək ki, cavab oyunları mayın 1-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar
23 aprel (çərşənbə axşamı)
“Qəbələ” – “Qarabağ” – 1:0
Qol: Ceyms Adeniyi, 73
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 16:00

“Sumqayıt” – “Zirə” – 0:0

Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 18:30

pia.az


Şərh yazın.

loading...