Çərşənbə, 24 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Üç anklava bölünmüş Suriya və İranın Türkiyə və Rusiyanı Suriyadan sıxışdırmaq həvəsi

Dəməşqi İŞİD və iç müxalifətlə qızğın savaş gözləyir

Stanislav İvanov

Rusiya EA Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi, tarix elmləri namizədi

Nezavisimaya gazeta, 22.04.2019

Suriyada İŞİD tipli ən böyük terrorçu qruplaşmaların darmadağını haqda qələbə məlumatları təzəcə səslənmişdi ki, Rusiya Federasiyasının rəsmi və qeyri-rəsmiləri Rusiyanın bu ölkədə mövqeyinin güclənməsi haqqında əlüstü əldən-ayaqdan gediblər. RİA Novosti-nin məlumatına görə, Rusiya baş nazirinin I müavini Yuri Borisov cari il aprelin 20-də Bəşər Əsədlə danışıqlardan sonra bildirib ki, Suriya Ərəb Respublikası (SƏR) Tartus dəniz limanını təkcə RF HDD-nin baza salması deyil, həm də nəqliyyat-iqtisadi istifadə məqsədilə Rusiyaya 49 ilə icarəyə verir. Qabaqlar Suriya iqtisadiyyatı və infrastrukturunun, özəlliklə neft-qaz sahəsi və kommunikasiyaların bərpası üzrə layihələrdə Rusiya şirkətlərinin mümkün iştirakı haqda məlumat verilib.

Heç bir şey olmazdı, amma bu zaman maraqlı şəxslərin bütün bu səmərəsiz səylərini heçə çıxaracaq olduqca mühüm mənfi məqamların üstündən keçilir və məhəl qoyulmur.

Birincisi, qarşıda Suriyada terrorçu qruplarla hələ amansız mübarizə durur. İŞİD döyüşçüləri səpələnib, amma məğlub edilməyiblər. Onların lideri qalır, ideologiya suriyalı sünnilərin bir qismi üçün qabaqkı kimi cəlbedicidir, İŞİD-in xeyli tərəfdarı bu qruplaşmadan hələlik aralanıb, bir bölümü isə hətta hökumətlə işbirliyinə gedib, amma onların Dəməşqə loyallığı etibarsızdır və ötəri xarakter daşıyır.

İkincisi, İdlib əyalətində və Amerikanın ət-Tənf bazası bölgəsində Əsədlə mübarizəni dayandırmağa hazırlaşmayan on minlərlə radikal əhvali-ruhiyyəli islamçı saxlanır. Silahlı müxalifət də sındırılmayıb. Suriyanın şimali-qərb bölgələrində Türkiyə hökumətinin patronajlığı altında Dəməşqdən asılı olmayan yeni Suriya hakimiyyət qurumları, xüsusi xidmətlər, polis, ordu yaradılır.

Üçüncüsü, Suriyanın şimali-şərqində Rojava ərazi muxtariyyəti qurulub, buranın habelə öz hakimiyyət qurumları və özünümüdafiə dəstələri fəaliyyətdədir. Bu bölgənin silahlı güclərinin özülünü ABŞ SQ-nin dəstəyindən yararlanan kürd könüllü yığması təşkil edir.

Dördüncüsü, SƏR-in vətəndaş savaşı illərində güclü seyrəlmiş hökumət qoşunları, əsasən, 80 minlik xarici şiə korpusuna (İranın İİKK, Livan “Hizbullah”ı, İraqın “Həşd əş-Şəəbi” milisi, Əfqanıstan, Pakistan, Yəmən və Fələstindən muzdlu şiələrə) söykənir. Çoxu sünni ərəb suriyalılar əcnəbi şiə muzdlulara düşməncəsinə deməsək də, olduqca ehtiyatla yanaşırlar.

Ölkə bu qayda ilə şərti olaraq üç anklava bölünnmüş görünür: İranyönlü, Türkiyəyönlü və Amerikayönlü. Əsəd rejimi İranın maliyyə və hərbi yardımından tam asılıdır və bu üzdən beynəlxalq hüququn müstəqil subyekti ola bilməz. Tehran bir çox baxımdan onun daxili və xarici siyasətini müəyyən edir. Suriya nə qədər uzun müddətə üç antoqonist hissəyə bölünmüş qalacaq, bəlli deyil. İstisna deyil ki, Fələstin problemiylə bağlı haldakı kimi on illərlə. Görünür, nə İran, nə Türkiyə, nə də ABŞ öz müttəfiqlərini və SƏR-də ələ keçirilən mövqeləri verməyə hazırlaşır.

Əsəd Suriyanın hipotetik iqtisadi bərpası haqda bildirib ki, mərhələsi üçün, ən azı, 400 milyard dollar tələb bu prosesin başlanğıc olunur. Xarici yatırımçılardan hələlik heç kim infrastrukturun, mənzil fondunun, Suriya iqtisadiyyatının ciddi bərpasına girişmək arzusunu ifadə etməyib.Hər şey yalnız yaşayış məntəqələrinin minasızlaşdırılması və humanitar yardıma, habelə neft-qaz kompleksinin ayrı-ayrı sahələrinin işinin yoluna qoyulmasına müncər olunur.

Səudiyyə Ərəbistanı və BƏƏ Raqqa şəhərinin bərpasına bir neçə yüz milyon dollar ayaırıb, Qərb ölkələri kürd bölgələrinə və Rojavaya, Türkiyə şimali-qərb əyalətlərinə (İdlib, Hələb) yardım edir. Qonşu ölkələrdəki 8 milyon suriyalı qaçqına yardım beynəlxalq təşkilatların xəttiylə gedir. Qərb və Ərəb Dövlətləri Liqası Əsəd rejimini legitim saymır və ona kömək etməyə hazırlaşmır. Əsədin nəzarət etdiyi bölgələrin bərpası üçün İran və Rusiyanın önəmli maliyyə vəsaiti yoxdur.

Güman etmirəm ki, yaranmış siyasi və itisadi qeyri-müəyyənlik durumunda Əsədin oyuncaq rejimi ilə uzunmüddətli hər hansı saziş və müqavilə bağlamaq özünü doğruldar. Bu haqda Rusiyanın kədərli təcrübəsi var. Bir zamanlar Gürcüstan və Türkmənistanda Rusiya hərbi bazaları haqda 25 ilə bağlanmış müqavilələr bir neçə il sonra ləğv olunub və Rusiya qoşunları bu ölkələri tələsik şəkildə tərk etməli olub. Həm də SƏR-dəki vətəndaş savaşında qalib kimi lovğalanan İran ayətullahları Suriyadan təkcə Türkiyə işğalçılarını qovmağı deyil, həm də Rusiya hərbçilərini oradan sıxışdırmaq niyyətlərini gizlətmirlər. Guya Əsədin Tehrana fevral səfəri vaxtı Suriyanın Latakiya dəniz limanının İİR-ə icarəyə verilməsi barədə saziş bağlanıb, iranlılar buradan təkcə özlərinin ticarət və başqa mülki gəmiləri üçün deyil, həm də hərbi gəmilər və sualtı qayıqlarının baza salması üçün istifadə etməyi planlaşdırırlar. Bu, Aralıq dənizinin Suriya sahillərindəki durumu kökündən dəyişir və İsrail HHQ-nin burada İran hərbi obyektlərinə və silah daşıyan nəqliyyatına raket-bomba zərbəsi endirmək ehtimalı meydana çıxır.

Suriyada durum bütövlükdə qəliz və proqnoza çətin yatan olaraq qalır, buna görə də Bəşər Əsəd hökumətiylə hər hansı uzunmüddətli saziş və müqavilədən hələlik çəkinmək daha yaxşı olardı. Rusiya rəhbərliyinin Astanada “kirpi ilə suilanını cütləşdirmək” cəhdləri hər hansı müsbət nəticəyə gətirməyib. Həm Tehran, həm də Ankara Dəməşqdə öz oyuncaq hökumətini görməyi israrla istəyərdi. Kremlin konstitusiya komitəsi siyahısını formalaşdırmaq, müvəqqəti hökumət qurmaq, ümumi parlament və prezident seçkiləri keçirmək təklifi Suriya, İran və Türkiyə hökumətləri tərəfindən sabotaj olunur.

Suriyanın daxili və xarici müxalifət təmsilçiləri də Cenevrə və Astana danışıqlar prosesinə məhəl qoymurlar.(Tərcümə Strateq.az)

pia.az

Etiket:

Şərh yazın.

loading...