Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BP bu ilin sonunadək “Şəfəq-Asiman”da quyunun qazılmasına başlayacaq

Şəfəq-Asiman" perspektiv strukturunda böyük qaz ehtiyatları olduğu ehtimal edilir

BP şirkəti “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına 2019-cu ilin sonunda başlamağı planlaşdırır. Bu barədə  BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

“Şəfəq-Asiman”da qazma işlərinin başlanılması bu ilin sonuna – dördüncü rübündə planlaşdırılır”, - deyə B. Aslanbəyli qeyd edib.

Onun sözlərinə görə, çox güman ki, bu sahədə qazma işləri "Heydər Əliyev" altıncı nəsil yarımdalma qazma qurğusu vasitəsi ilə həyata keçiriləcək.
"Şəfəq-Asiman" perspektiv strukturunda böyük qaz ehtiyatları olduğu ehtimal edilir.

Hazırda sözügedən qazma qurğusu Fransanın “Total” şirkəti tərəfindən “Abşeron” yatağında ABD-001 quyunun qazılması çərçivəsində istifadə edilir.

Abşeron” yatağında işləri bitirdikdən sonra qurğu “Şəfəq-Asiman” strukturunda qazma işlərinə cəlb ediləcək.

Qeyd edək ki, “Caspian Driling” şirkətinin idarəçiliyi altında olan "Heydər Əliyev" qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda imza atıb. Qazma işləri "Abşeron" (ABD-001 – quyu) yatağında aparılıb. Quyu 15 aprel 2019-cu il tarixdə saat 13:00-da 7 411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb. Bu, Xəzər dənizində indiyədək qazılmış ən dərin quyudur. Qazma qurğusu “Caspian Driling”in rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırkı quyu “Heydər Əliyev” yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar