Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransalı deputat: "Sarı jiletlilər" Azərbaycandakına bənzər islahatlar tələb edirlər"

"Prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı əfv sərəncamını yüksək qiymətləndirirəm"

Əfv sərəncamı tarixə yeni səhifə açmaqla bərabər gələcəyin bünövrəsini möhkəmləndirməyə xidmət edəcək
"Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 16-da imzaladığı əfv sərəncamını yüksək qiymətləndirirəm".

Bunu "Report"un Fransa bürosuna Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andre Vilye bildirib.

Onun sözlərin görə, əfv sərəncamı ilə 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib: "Bu qərar ölkədəki müxtəlif qrupları bir-birinə yaxınlaşdırmaq, həmçinin stabilliyə, sabitliyə aparan yolda mühüm addımdır. Prezident İlham Əliyevin bu qərarı tarixə yeni səhifə açmaqla bərabər gələcəyin bünövrəsini möhkəmləndirməyə xidmət edəcək".

Fransalı deputat Azərbaycan Prezidentinin sosial müavinətlərin artırılmasına dair sərəncamına da toxunub:

"Prezident İlham Əliyevin sosial müavinətlərin artırılması ilə bağlı sərəncamları əhalinin alıcılıq qabiliyyətinin artırılması üçün böyük əhəmiyyət daşıyır. Hazırda Fransada davam edən "Sarı jiletlilər" hərəkatının üzvlərinin də öz dövlət başçılarından tələbi bu yöndədir. Bu qərar Azərbaycan əhalisinin yaşayış səviyyəsini yaxşılaşdırmağa xidmət edir".

A.Vilye Azərbaycanın imicinin dünya miqyasında artdığını, Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətin öz bəhrəsini verdiyini də vurğulayıb: "Beynəlxalq aləmdə, dünyada Azərbaycanı tanımağa başlayıblar. İdman eyni zamanda kommunikasiya daşıyıcısıdır. Azərbaycan son illər idman sahəsində müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib, bir sıra idman növləri üzrə güclü komandalara malikdir. Azərbaycan idmançılarının səsi müxtəlif yerlərdən gəlir. Azərbaycanın, azərbaycanlıların xoş soraqlarını tez-tez eşitməyə başlamışıq. Təbii ki, bütün bunlar uğurlu siyasətin nəticələridir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar