Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranla bağlı qərar verildi

Tehran qlobal müştərilərini itirir

ABŞ Prezidenti Donald Tramp may ayından İran neftinin idxalçıları üçün sanksiyalardan möhləti uzatmayacaq. Bunu Ağ ev aprelin 21-də yaydığı bəyanatında deyib. Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran nefti bazardan çıxarılınca qlobal tələbatın ödənməsini təmin etmək üçün vaxtında tədbir görməyə razılaşıblar”, – Ağ ev bildirib.

“Ayətullaları milyardlardan məhrum etmək”

“Qərarda məqsəd İranın neft ixracını sıfıra endirmək, rejimi əsas gəlir mənbəyindən məhrum etməkdir”, – bəyanatda vurğulanır. Bu qərar o deməkdir ki, artıq mayın 2-dən Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə üçün sanksiyalardan möhlət uzadılmayacaq.

ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Vaşinqton bu keçidi asanlaşdırmaq və yetərli təchizatı təmin etməkdən ötrü Səudiyyə Ərəbistanı, BƏƏ və digər böyük hasilatçılarla geniş və məhsuldar müzakirələr aparıb.

İranın neft ixracı

ABŞ Senatoru Ted Kruz neft idxalçıları üçün sanksiyalardan möhlətin qaldırılmasını alqışlayıb.

“Bu qərar ayətullaları milyardlarla dollardan məhrum edəcək. Onlar həmin pulları Birləşmiş Ştatların və müttəfiqlərimizin təhlükəsizliyini sarsıtmağa, İranın nüvə və ballistik raket proqramlarının inkişafına, qlobal terrorçuluğun maliyyələşdirilməsinə sərf edirlər”, – o deyib.

Neft ixracı Tehranın əsas gəlir mənbəyidir. İranın Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin neft sektoruna sanksiyalarını qanunsuz adlandırıb. “Sözügedən sanksiyalar prinsipcə qanunsuz olduğundan, İran İslam Respublikası həmin sanksiyalardan möhlətə də dəyər verməyib və vermir”, – nazirlik aprelin 22-də rəsmi vebsaytında bildirib.

İran nə deyir

İran dəfələrlə xəbərdarlıq edib ki, ABŞ ölkənin neft ixracına sanksiyaları sərtləşdirərsə, 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxacaq. Həmin saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaları yüngülləşdirməyi nəzərdə tuturdu.

Vaşinqtonun açıqlamasından öncə İranın Neft Nazirliyində adı çəkilməyə mənbə yarırəsmi Tasnim agentliyinə demişdi ki, Birləşmiş Ştatlar İranın neft ixracını sıfıra endirə bilməyəcək.

“…İran hakimiyyəti neft ixracını dayandırmaq qərarı verməyincə ixrac sıfıra enməyəcək… bu isə hazırda müzakirə mövzusu deyil”, – “bilgili mənbə” agentliyə demişdi.

İsrailin Baş naziri Benyamin Netanyahu Trump administrasiyasının qərarını alqışlayıb, bu addımın “İranın terrorçu rejiminə təzyiqi artırmaqdan ötrü böyük əhəmiyyəti olduğunu” söyləyib.

Türkiyə isə qərarı tənqid edib. Xarici işlər naziri Mevlud Çavuşoglu aprelin 22-də Twitter-də yazıb: “Türkiyə birtərəfli sanksiyaları, qonşularımızla münasibətlərimizə diktəni rədd edir”.

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar