Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir əsrlik erməni yalanı və xaçlı zehniyyəti - Tarix həqiqətləri bağırır...

Xaçlı zehniyyəti həqiqətləri təhrif edir və nifrət kampaniyalarından heç cür əl çəkə bilmir...

Kenan Akın,
“Yeniçağ” qəzeti, Türkiyə, 22 aprel 2019-cu il

Bir əsr keçməsinə baxmayaraq, şərq sərhədlərimizdə baş verən müharibələr və köçlər ucbatından meydana gələn məcburi ölümləri şişirdərək “soyqırım” kimi göstərən erməni yalanı, təəssüflər olsun ki, bəzi Qərb ölkələri və xüsusilə, Fransa tərəfindən hələ də dəstəklənir.

Fransa prezidenti Emmanuel Makron 1915-ci il hadisələrinin ildönümü olan 24 apreli utanmadan “erməni soyqırımının anım günü” elan etdiyini bildirib.

Fransanın 1915-ci il hadisələrini 2001-ci ildə “soyqırım” kimi qəbul etdiyi hər kəsə məlumdur. Makronun 2017-ci ildəki səsvermədə verdiyi vədlərdən biri də 24 aprel tarixini rəsmi anım günü elan etmək idi.

Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının qəbulunda çıxış edən Makron 1915-ci il hadisələrini Osmanlı İmperiyasında yaşayan ermənilərin vəhşicəsinə qətlə yetirilməsi olaraq ifadə edərkən, başda Əlcəzair olmaqla, dünyanın müxtəlif yerlərində Fransanın törətdiyi soyqırımı nədənsə xatırlamır.

Üstəlik “sarı jiletlilər” etirazı davam edərkən və Fransanın başına “Notr-Dam fəlakəti” gəlmişkən bu çirkin düşmənçilik hələ də davam edir.

Digər tərəfdən, Hollandiyanın ermənilərlə bağlı yalana əsaslanaraq abidə yaratmaq cəhdi də yaddan çıxmır.

Yeri gəlmişkən, bir çox Qərbi Avropa ölkələri həqiqəti araşdırmaq əvəzinə, ermənilərə dəstək verirlər. Xaçlı zehniyyəti əsrlərdir davam edən böhtanların verdiyi nifrətlə aşıb-daşır.

Bu cür disbalans vəziyyətində olan erməni təhriki və təhlükəsi Orta Şərqi yaxından maraqlandıran bir məsələdir. Onsuz da yanıb məhv olmağa davam edən Orta Şərqin üzərinə “bir əsrlik erməni fitnəsi” də gəlir.

Əslində, daha əvvəl də bildirdiyimiz kimi, tarixi həqiqətləri heç kimin gizlədə bilmədiyi “Millət-i Sadıka”nın(ermənilərə Osmanlı imperiyasında verilən ad. Red!) Osmanlıya üsyan edərək ordusunu da arxadan vurduğu bir həqiqətdir və bu həqiqəti dünyaya qəbul etdirməyin artıq vaxtı çatıb.

Erməni üsyanında ən azı 463 min türkün və kürdün qətl edilərək toplu məzarlara basdırılması ilə bağlı məlumatlar və sənədlər Prezident arxivində saxlanılır. Bu müddət üçün nəhəng kampaniyalara start verib, ermənilərin girişdiyi “terror” hadisələrinin bir çoxu arxivlərdə bütün dəhşəti ilə müxtəlif dillərdə dünyaya nümayiş etdirmək olar.

1915-ci illərdə bir tərəfdə “böyük güclər” Çanaqqalanı keçib imperatorluğun şah damarını ələ keçirməyə çalışırkən, digər tərəfdən də Sarıqamışda ruslarla ölüm-dirim müharibəsi davam edərkən ,erməni silahlı qruplaşmalarının ortaya çıxaraq xalqı soyqırıma məruz qoyduqlarını dəfələrlə xatırlatmaq vacibdir.

1915-in mayında Osmanlının vəzifəli şəxsləri bütün Şərq vilayətlərindəki ermənilərin bölgədən çıxmaları və Şimali Mesopotamiyadakı nəzarət altında olan yaşayış yerlərinə getmələri ilə bağlı bir qərar vermək məcburiyyətində qalmışdı.

Nə oldusa, bu müddət ərzində oldu.

Təbii olaraq 500 min nəfərlik erməni əhalisi bu müddət ərzində aclığa görə, kürdlərin yaşadığı ərazilərdə uzun müddət yol getdiklərinə görə və qarşılıqlı atışmalar ucbatından can vermişdilər.

Yəni ortada “planlanmış” bir qətliam yoxdur.

Kim nə deyir desin, bütün əzablar, ölümlər bu “köç” ərzində baş verib.

Çox vaxt uyğun olmayan iqlim şəraiti, qida ilə təmin olunmamaqdan yaranan sağlamlıq problemləri, quldurların etdiyi basqınlar köçməyi zəruri etmişdir və bu, normal şəkildə qəbul olunur.

Həmçinin, erməni köçündə olduğu kimi, üsyanların “terror”a çevrilməsi qarşılıqlı ölümlərə səbəb olur. 1915-ci ildə olmuş məcburi köç bu cür şərtlər altında cərəyan etmiş, hər iki tərəfdə də ölümlərə səbəb olduğu bildirilib.

Osmanlı İmperiyasında köçlə bağlı tətbiqin illərlə hökm sürdüyü yaddan çıxır. Halbuki, “köç” zamanı Balkanlarda minlərlə türkün ölməyi də tarixi həqiqətlər arasındadır.

Bundan başqa, ermənilərin Qarabağdakı “qətliam”ı da yaddaşlardan silinmir.

Tarix həqiqətləri bağırır

Uzun illərdir ki, heç bir ABŞ Prezidenti “Türkiyə soyqırım törətmişdir” kimi bir ifadə işlədə bilmir. Çünki ABŞ bu həqiqəti tarixi sənədlərlə öyrəndiyi üçün illərdir sıxıntı çəkir.

ABŞ-ın köhnə prezidentlərindən olan Ronald Reyqanın apardığı geniş bir araşdırma nəticəsində tüklərin soyqırım törətmədikləri təsbit edildikdən sonra heç bir ABŞ prezidenti “türklər soyqırım törədib”, deyə bilmir.

1877-1878-ci illərdəki müharibənin sonunda ruslar qalib gələrək Osmanlı torpaqlarına - San-Stefanoya, yeni Yeşilköyə ayaq basmışdı. Erməni patriarxı böyük bir həzzlə maşınına minərək Yeşilköyə getmiş və “bizi Osmanlıdan qoruyun və xilas edin”, demişdi.

Bu hadisədən sonra, yəni 1877-dən etibarən davamlı olaraq ermənilər etirazlara və üsyanlara əl atıblar. Ən azı 100 üsyan olduğu məlumdur.

Xülasə, tarix boyu ermənilər Osmanlı İmperiyasına qarşı üsyanlar, toqquşmalar və qətliamlar törədiblər. Lakin, xüsusilə Xaçlı zehniyyəti həqiqətləri təhrif edir və nifrət kampaniyalarından heç cür əl çəkə bilmir.

Nəticədə, Şri-lankada meydana gələn partlayışlar da dünyadakı qeyri-sabitliyi nümayiş etdirir. Şiddətlə etiraz etmək lazımdır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar