Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xalidə Bayramova uşağın anasına dağ çəkmək üçün belə edib” - Deputat

Hüquq-mühafizə orqanları sonda hansı nəticəyə gələcək, qərar verəcək

“Həm məktəb direktoru, həm də icra başçısının birinci müavininin davranışlarında müəmma və uyğunsuzluqlar var. Necə olur ki, məktəb direktoru bu vaxta qədər öz səlahiyyətlərini, hüquqlarını bilmir?”.

Bunu “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı 162 saylı məktəbdə Elina Hacıyevanın intiharı ilə bağlı ortaya çıxan faktlara münasibət bildirərkən deyib. O, qeyd edib ki, əgər məktəbdə o cür hadisə baş veribsə, ilk olaraq təcili yardıma, polisə, daha sonra isə Bakı Təhsil Şöbəsinə məlumat verilməli idi:

“Eyni zamanda digər müəmmalar da var. Hələ də başa düşə bilmirəm ki, direktor niyə icra başçısının müavinini hadisə yerinə çağırıb. Ümumiyyətlə, icra başçısının müavininin orada olmasının səbəbi hələ də mənə aydın deyil. Niyə o, məktəbə gedib? Niyə direktor aidiyyəti yerlərə deyil, ona müraciət edib? Niyə hər ikisi uşağın xilas olması, yaşaması üçün əllərindən gələni etməyiblər? Onlara çəkiliş lazım idi? Məgər icra başçısının müavini operatordurmu ki, çəkiliş aparır? Uşağın o halında video çəkmək nə dərəcədə insanlığa sığır?

Xaliddə Bayramova açıqlamasında bildirib ki, videonu qızın anasına bağışlayıb. Faktiki olaraq uşağın anasına dağ çəkmək üçün belə edib. Halbuki intihar edən uşağa təcili yardım lazım idi. Hətta təcili yardım gəlməsə belə, onu dərhal xəstəxanaya çatdırmalı idilər. Bütün bunların hamısı həm müəmmalı, həm də dəhşətlidir. Şəxsən mənim üçün də maraqlıdır ki, hüquq-mühafizə orqanları sonda hansı nəticəyə gələcək, qərar verəcək.

Ümumiyyətlə, bu hadisə məni dəhşətə gətirir ki, niyə şəxslər öz tutduğu vəzifənin səlahiyyətlərini başa düşmür, lazım olmayan yerə gedir, lazım olmayan işləri görür, bununla da ictimaiyyətdə bir çaşqınlıq yaradırlar? Bu məsələdə doğrudan da uyğunsuzluq var. Eyni zamanda hadisədə çox günahkar görürəm.

Məlum olduğu kimi, Elinanın problemləri olub. Məktəb rəhbərliyi bu problemləri həll etməyib. Hətta qız həyatının son dəqiqələrində də qayğı görməyib. Bu nə dərəcədə insanlığa, mənəviyyata sığır? Bütün bu olanlar məni incidir. Yəni doğrudanmı cəmiyyətdə insanların bir-birinə qarşı mərhəmət hissi azalıb?".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar