Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayətullah Xamenei: "İran və Pakistan sərhədlərində sabitsizliyin pozulmasında maraqlı ölkələr var"

Xameneinin sözlərinə görə, iki ölkə arasında yaxşı əlaqələrin olması hər iki ölkənin xeyirinədir

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei bu gün Pakistanın baş naziri İmran Xanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Ayətullah Xamenei İran və Pakistan xalqları arasında dərin və səmimi münasibətlərin olduğunu vurğulayıb.

“İki ölkənin əlaqələri, bəzilərinin düşmən siyasətinə baxmayaraq, daha da möhkəmləndirilməli və gücləndirilməlidir”, - ali dini lider belə deyib.
Ayətullah Xamenei bildirib ki, Hindistan yarımadasının ən gözəl günləri müsəlmanların həmin yarımadaya hökmranlıq etdiyi dövr olub:

"İngilis müstəmləkəçilərinin bu önəmli bölgəyə vurduğu ən böyük zərbə oradakı islami mədəniyyət nümunələrini məhv etmək idi".

Xameneinin sözlərinə görə, iki ölkə arasında yaxşı əlaqələrin olması hər iki ölkənin xeyirinədir.

"Lakin bu münasibətlərin istilənməsi əleyhinə olan düşmənlər var. Onların istəyinə zidd olaraq müxtəlif sahələrdə əlaqələrimiz daha da gücləndirilməlidir. Terror qruplaşmaları sərhədlərdə sabitsizlik yaradır. Onlar düşmənlərin pulu və silahı ilə qidalanırlar. İran və Pakistan sərhədlərində sabitsizliyin pozulmasında məqsədlərdən biri iki ölkənin münasibətlərini korlamaqdır", - deyə Xamenei əlavə edib.

Ayətullah Xamenei son daşqın fəlakətində Pakistan dövlətinin göstərdiyi yardımlara görə bu ölkənin baş nazirinə təşəkkür edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar