Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədidə vəziyyət: İcra nümayəndəsi “düzələcək” deyir, “Azərsu“ təkzib edir - Video

Binəqədidə sakinlər acınacaqlı şəraitdə yaşayırlar

Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində, Yeni Yaşayış Massivi adlanan ərazidə sakinlər acınacaqlı şəraitdə yaşayırlar.

Xəbər verilir ki, minlərlə sakinin məskunlaşdığı qəsəbədə nə kanalizasiya sistemi, nə də rahat gediş-gəliş üçün yol var.

Qəsəbə sakinləri əlaqədar qurumlara müraciət etməkdən yorulublar, amma hələ də nəticə əldə edə bilməyiblər.

Sakinlər bildirirlər ki, yolların bərbad vəziyyətdə olması nəticəsində yağışlı günlərdə şagirdlər məktəbə gedə bilmirlər.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, biz artıq “Azərsu” ASC-yə müraciət etmişik, verilən məlumata görə, artıq həmin ərazi əsas layihəyə salınıb:

“Bu cür problemlər rayonun bir neçə ərazisində yaşanır. Məsələ İcra Hakimiyyətinin diqqətindədir”.

Məsələnin maraqlı tərəfi isə odur ki, icra nümayəndəsinin söylədiklərini “Azərsu” rəsmisi inkar edir. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı YeniYaşayış Massivi ilə bağlı heç bir layihə olmadığını bildirir. Qurum rəsmisi bu ərazi ilə bağlı hər hansı maliyyə ayrılmadığını deyir.(Oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar