Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ilk əlaqələndirici prospekt yaradılacaq

Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir

Bakı Ağ Şəhər layihəsi çərçivəsində 80 metr enində yeni əlaqələndirici prospektin layihələndirilməsi başlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, agentlik tərəfindən Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir.

Eni 80 metr olan prospekt paytaxtın mühüm nəqliyyat arteriyaları olan Nobel prospekti, Babək prospekti, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospektini və gələcəkdə inşa olunması planlaşdırılan yeni Bulvar yolunu birləşdirərək, bu növ ilk prospekt olacaq.

Layihələndirilən yeni yolda Nobel və Babək prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi nəzərdə tutulur.

Bakı Ağ Şəhərin Olimpiya kvartalından başlayan bu prospekt boyunca geniş yaşıllaşdırılmış piyada səkiləri və velosiped zolaqları layihənin ümumi konsepsiyasına uyğun olaraq planlaşdırılıb.

Sakinlərin alternativ nəqliyyat vasitələrindən rahat istifadəsi üçün sözügedən yolda inşası nəzərdə tutulmuş “Ağ Şəhər 2” metrostansiyasına, yeraltı piyada yollarına, eləcə də, taksi və avtobus dayanacaqlarına keçidlər nəzərdə tutulub.

Hazırda Nobel prospekti boyunca Zığ şosesinə qədər olan ərazilərin Ağ Şəhər layihəsilə uzlaşdırılması işləri Ağ Şəhər mütəxəssisləri ilə birlikdə Böyük Britaniyanın “Atkins Global” şirkəti tərəfindən aparılır.(Oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar