Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda heyvansevərlər meriyaya hücum etdilər

Bu dəqiqələrdə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında bir qrup heyvansevər aksiya keçirir

Onlar heyvanların hüquqlarının qorunmasını, itlərin küçələrdə sərbəst gəzməsini, peyvəndlənmiş itlərin yenidən küçələrə buraxılmasını tələb edirlər.

“Valideynlər uşaqlarını düzgün tərbiyə etmirlər. Uşaqları itlərlə qorxutmaqlarına son versinlər. İtlər insanlardan qorxur, onların içində aqressivləri də var, amma itləri küçələrdən yığmaq olmaz”, - aksiya iştirakçısından biri əlavə edib.

Heyvansevərlər mətbuatı itlərin hücumu ilə bağlı məlumatlara görə qınayıblar. Onlardan biri deyir ki, itlərin hücumu ilə bağlı şişirdilmiş məlumatlar yayılır. “Bu itlər burada doğulub, biz tələb edirik ki, itlər küçələrdən yığılmasın. Çox mülayim, peyvəndlənmiş itləri də küçədən yığırlar. Heyvanı vurub qaçırlar”, - aksiya iştirakçısı deyib.

Heyvansevərləri Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları qəbul edərək şikayətləri dinləyiblər. Onlara şikayətlərinin araşdırılacağı bildirilsə də, bu, heyvansevərləri qane etməyib, əksəriyyət küçəyə çıxaraq, fikirlərini aqressiv formada bildirməkdə davam ediblər.

İtlərin qorunması ilə bağlı aksiya sosial şəbəkələrdə geniş narazılığa səbəb olub, yüzlərlə insan itlərin hücumuna məruz qaldığını, xüsusilə azyaşlıların təhlükədə olduğunu bildirərək sahibsiz itlərlə bağlı konkret tədbir görülməsini istəyiblər. Bir çoxları heyvansevərlərə itləri evlərində saxlamağı məsləhət görüblər.

Xatırladaq ki, ötən həftənin sonunda Binəqədi rayonu, Sulutəpə qəsəbəsində it 4 yaşlı uşağın üzünü, gözünü parçalayıb. Azyaşlı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə çatdırılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar