Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şri-Lanka prezidenti ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edəcək

Şri-Lanka Prezidenti Maytripala Sirisena silsilə terror aktlarından sonra ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi aprelin 23-dən etibarən qüvvəyə minəcək. Yeni terror aktlarının qarşısının alınması və fövqəladə vəziyyət rejiminin tətbiqinə aid müvafiq normativ aktlar bir qədər sonra dərc olunacaq. Həmçinin prezidentin terror hücumları ilə bağlı təhqiqatın aparılması üçün xaricdən kömək istəyəcəyi də gözlənilir.

Bu arada “Daily Mirror” qəzeti prezidentin mətbuat xidmətinə istinadla ölkənin Milli Təhlükəsizlik Şurasında ictimai təhlükəsizliyin təmin olunması üçün güc strukturlarının səlahiyyətlərini genişləndirmək barədə qərar qəbul olunduğunu yazıb. Yerli vaxtla saat 20:00-dan aprelin 23-ü saat 04:00-a qədər komendant saatı bərpa edilib.


Şri-Lanka ordusu təhlükəsizliyi təmin etmək üçün ölkənin paytaxtı Kolomboya mindən çox hərbçi göndərib. Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir. Hakimiyyət orqanları terror hücumlarında “Tövhid camaatı” qruplaşmasını ittiham edib.Xatırladaq ki, ötən bazar günü pasxa bayramı zamanı Şri-Lankada törədilən partlayışlar seriyası nəticəsində azı 290 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanların arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar