Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Poroşenko getdi, Zelenski özüylə Ukraynaya nə gətirir?

Politoloq: “Ukraynadakı yeni siyasi prosselər Zelenskinin arxasında dayanan oliqarxik şəbəkənin iradəsindən asılı olacaq”

“Zelenski Poroşenkodan fərqli olaraq Rusiya ilə münasibətləri çətinliklə də olsa, tənzimləməyə çalışacaq. Çünki Zelenski bilavasitə Rusiya ilə qarşıdurmada olan, Rusiya ilə rəqabətdə olan ABŞ-ın adamı deyil”.

Bu sözləri Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri dünən Ukraynada keçirilən prezident seçkilərinin nəticələrini PİA.az-a şərh edərkən bildirib.

Dünən Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası seçki protokollarının böyük hissəsinin sayılmasından sonra ilkin nəticələrə əsasən Vladimir Zelenskini qalib elan edib. MSK-nın yaydığı qeyri rəsmi məlumatda Vladimir Zelenski 73,03% səslə seçkidə liderlik edir, Pyotr Poroşenko 24,64% səs toplayıb.

Pyotr Poroşenko Ukrayna prezident seçkilərində uduzduğunu etiraf edib. O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək. Poroşenkonun dediklərinə görə, o Ukraynanın NATO və Aİ yolunda atdığı addımlarını müdafiə edəcək. Poroşenko həm də öz komandasını heç vaxt təslim olmamağa çağırıb.

Seçkinin ilkin nəticələri açıqlandıqdan sonra bir çox dünya liderləri, o cümlədən ABŞ prezidenti Donald Tramp Vladimir Zelensiyə zəng edərək onu təbrik ediblər.
Növbəti 5 ildə Ukyaynanın hansı istiqamətdə inkişafını edə bilər və Zelenskinin prezidentliyi dşnəmində Rusiya Ukrayna münasibətlərində yeni mərhələnin başlanması mümkündürmü?

Bu sualla PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Zelenskinin yeni islahatçı komanda formalaşdırıb formalaşdıramayacağı oliqarxik şəbəkəni iradəsindən asılı olacaq”.

Politoloq Natiq Miri hesab edir ki, Zelenskinin komandası əslində Kolomoyski başda olmaqla oliqarxik şəbəkənin siyasətini yürüdəəcək və Ukraynada siyasi, iqtisadi və hüquqi anlamda ciddi dəyişikliklərin olacağını söyləmək çox çətindir. Çünki Zelenski siyasətçi kimi o qədər də tanınmır və onun nə siyasi-iqtisadi komandası, nə də siyasi partiyası yoxdur. Rusiya ilə münasibətlərə gəlində politoloq bildirib ki, Zelenski Poroşenkodan fərqli olaraq Rusiya ilə münasibətləri çətinliklə də olsa, tənzimləməyə çalışacaq:

“Zelenski Ukrayna cəmiyyəti üçün o qədər də aydın olan bir insan deyil. Həmçinin siyasi çevrələr arasında da tanınmış bir siyasətçi deyil. Yəni bu yöndə onun praktiki fəaliyyəti olmadığı üçün bu gün Zelenski haqqında konkret siyasi proqnozlar vermək çətindir. Çünki prezident seçkiləri dövründə aparılan kompaniya tamamilə fərqlidir. Ancaq dövlətin başında olub prezidentlik etmək və ölkədə yeni, onun vəd etdiyi kimi iqtisadi-siyasi sistem yaratmaq tamamilə fərqli bir işdir.

Ayrıca, bir şeyi də nəzərə almaq lazımdır ki, Zelenski hər hansı bir siyasi partiyanın rəhbəri olmadığı üçün və uzunmüddətli siyasi fəaliyyəti olmadığına görə bu gün onun siyasi komandası da demək olar ki, yoxdur. Yəni düşünürəm bu yöndə ki, Zelenskinin müəyyən problemləri olacaq.

Həmçinin qeyd etmək lazımdır ki, Zelensi ortalığa təsadüfən çıxmış bir şəxs deyil. Zelenskinin Ukraynada siyasi kompaniya apara bilməsi üçün böyük maliyyə dəstəyinə ehtiyac var və təbii ki, bu maliyyələrə qələbə qazana bildi. Onun əsasən oliqarx Kolomoyskidən maddi və siyasi dəstək aldığı əvvəlcədən söylənilirdi. Kolomoyski isə Poroşenkounun əsas rəqiblərindən, hətta belə mümkünsə, düşmənlərindən biri hesab olunur.

Natiq Miri: “Zelenskinin hakimiyyəti daha çox Kolomoyski tərəfindən idarə olunacaq və musiqini də o, sifariş verəcək”.

Kolomoyski bir oliqarx kimi Ukraynada böyük sərvətə sahib olan birisi idi. Poroşenko hakimiyyətə gələndən sonra bu iki oliqarxın arasında çox ciddi bir anlaşılmazlıq yarandı və bundan sonra Kolomoyski demək olar ki, Poroşenko hakimiyyətinə müxalifətə keçdi. Bundan sonra isə Kolomoyski “Privatbank” başda olmaqla Ukraynadakı sərvətinin böyük hissəsini itirdi və o, Ukraynanı tərk eləməyə məcbur oldu. bu gün Kolomoyskinin məhz Zelenski seçki kampaniyasını ciddi şəkildə maliyyələşdirdiyi haqqında konkret informasiya mövcuddur. Ona görə də, düşünürəm ki, Zelenskinin hakimiyyəti daha çox Kolomoyski tərəfindən idarə olunacaq və musiqini də o, sifariş verəcək. Ona görə də, sxemdə bu hakimiyyət dönəmində Kolomoyskinin dediklərinin çox önəmli bir əhəmiyyət daşıyacağını düşünürəm. Ancaq bəri başdan konkret nələrsə demək çətindir.

Bundan başqa Zelenskinin arxasında dayanan oliqarxik şəbəkə var ki, məncə, bu məsələdə onların da çox ciddi təsiri olacaq. Yeni islahatçı bir komandanın formalaşıb formalaşmayacağı həm də bu şəxslərin iradəsindən asılı olacaq. Bu səbəbdən, düşünürəm ki, hələlik Zelenski haqqında qeyri-müəyyənlik davam edir və bəri başdan konkret nəsə demək olmaz.

Ancaq o da diqqətə alınmalıdır ki, ortada Ukrayna xalqının iradəsi var və seçkidə iştirak edən Ukrayna xalqının 70%-dən çoxu siyasətçi kimi tanınmayan Zelenskiyə səs verib və Zelenski bu etimadı doğrultmaq məcburiyyətindədir. Onu da qeyd edim ki, beş il əvvəl Poroşenko da o böyük xalq dəstəyi ilə hakimiyyətə gəlmişdi. Lakin buna rəğmən Ukraynada özünün də daxil olduğu oliqarxiq sistemi ləğv edə bilmədi. Bütün hüquq sistemindən tutmuş iqtisadi sistemlərə qədər məhz oliqarxiyanın maraqları təmin olundu ki, bu da təbii olaraq xalqı Poroşenko hakimiyyətindən narazı saldı. Poroşenkonun məğlubiyyətinin də əsas şifrəsi burada ortaya çıxır.

Natiq Miri: “Rusiya ilə həddən artıq yaxınlaşmanın mümkün olmayacağı da ortadadır”.

Zelenskinin arxasında dayanan maliyyə dəstəyini bilavasitə təmin edən Kolomoyskinin Rusiya ilə münasibətləri düşmənlik səviyyəsində deyil. Mənə elə gəlir ki, Poroşenkodan fərqli olaraq Kolomoyski Rusiya ilə münasibətləri tənzimləməyə çalışırdı. Təbii ki, bu prosesdə işğal olunmuş Krım, Sevastopol şəhərləri var və eyni zamanda Donbasın cənub-şərq hissələri işğal olunmuş vəziyyətdədir. Bu halda Rusiya ilə həddən artıq yaxınlaşmanın mümkün olmayacağı da ortadadır.

Ancaq hər bir halda düşünürəm ki, ən azından Zelenski Poroşenkodan fərqli olaraq Rusiya ilə münasibətləri çətinliklə də olsa, tənzimləməyə çalışacaq. Çünki Zelenski bilavasitə Rusiya ilə qarşıdurmada olan, Rusiya ilə rəqabətdə olan ABŞ-ın adamı deyil. Buna görə də, düşünürəm ki, Zelenski qonşu Rusiya ilə münasibətləri müsbət mənada tənzimləməyə çalışa bilər”.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar