Əfqanıstanın şimalında kömür mədənində qəza baş verib
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, mədəndə qaz sızması nəticəsində 8 nəfər dünyasını dəyişib.
Hadisə Samanqan vilayətində baş verib. Vilayət məmuru Raz Məhəmmədin sözlərinə görə, işçilər Dara-i-Sufi Bala adlı mədəndə olarkən naməlum səbəbdən zəhərli qaz sızması baş verib.
pia.az