Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov: “Hazırda neftin qiyməti qənaətbəxşdir”

"Neft bazarı çox kövrək xarakter alıb"

Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft, Kimya” Forumunda bildirib.

Onun sözlərinə görə, son vaxtlar neftin qiymətinin geosiyasi proseslərdən asılılığı güclənib və neft riskli bir enerji resursuna çevirib: "Bu isə neft ölkələrinə riskləri azaltmaq üçün bazarın tənzimlənməsi kimi əlavə öhdəlik qoyub".

"Təsədüfi deyil ki, 2 il müddətində neft bazarını tarazlaşdıran OPEC+ formatında qəbul edilmiş qərarlar olub. Bu qərarlar dəyişən vəziyyətə uyğun bazarın çevik tənzimlənməsinə xidmət etməli, neft istehsalçıları kimi, neft istehlakçılarının da maraqlarının qorunmasına imkan verməlidir. Hazırda neftin qiyməti qənaətbəxşdir. Dekabr qərarının icra səviyyəsi təbii ki, aybaay yüksəlir. İyunda hasilatın məhdudlaşdırılması ilə bağlı yeni qərarın qəbulu bir sıra geosiyasi amillər və kommersiya ehtiyatlarının azalma səviyyəsindən asılı olacaq”, - deyə nazir əlavə edib.

P. Şahbazov onu da bildirib ki, proqnozlara görə, cari ildə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı ölkələrində kommersiya neft ehtiyatlarının artımının 3,6%-dən 3,3%-ə qədər azalacağı gözlənilir. Geosiyasi qeyri-sabitliyin hələ də qeyri-müəyyənliklərin qaldığı bir dövrdə neft ölkələri arasında əməkdaşlıq çox vacibdir. Azərbaycan bu əməkdaşlığın ilk təşəbbüskarı və neftin qiymətinin sabitləşdirilməsinin fəal tərəfdaşıdır”.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar