Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda əhali ilə fəal görüşlər aylığına start verilir

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir

BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunmuş qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində keçiriləcək.

Görüşlərdə BŞİH-in məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xidmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacaq, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq.
Görüşlərdə həm də bütünlükdə Bakı şəhəri və müvafiq rayonun ərazisində görülən və görülməsi nəzərdə tutulan işlər barədə vətəndaşlara məlumat veriləcək.

2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək “Açıq qapı” tədbirləri barədə məlumat:
1
Nərimanov rayonu
24.04.2019

16:00-20:00
Nərimanov Rayon MKTB-nin binası, Əbdüləziz Dəmirçizadə küç. 22
 
2
Xəzər rayonu
26.04.2019

16:00-20:00
Xəzər Rayonu, Şımal Dres yaşayış sahəsi, Lev Starçuk küçəsi, Mədəniyyət evi
 
3
Xətai rayonu
29.04.2019

16:00-20:00
Xərai Rayon MKTB-nin binası, Ramiz Quliyev küç. 23
 
4
Sabunçu rayonu
01.05.2019

16:00-20:00
Sabunçu Rayon MKTB-nin binası. Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 72
 
5
Binəqədi rayonu
03.05.2019

16:00-20:00
Binəqədi Rayon MKTB-nin binası, Əli Məmmədov küç. 10
 
6
Yasamal rayonu
05.05.2019

11:00-15:00
Yasamal Rayonu, 225 nömrəli məktəb, Ələsgər Ələkbərov küç. 8
 
7
Nizami rayonu  
07.05.2019

16:00-20:00
Nizami Rayon MKTB-nin binası, R.Rüstəmov küç. 28
 
8
Nəsimi rayonu
11.05.2019

15:00-19:00
Nəsimi Rayon MKTB-nin binası, Səməd Vurğun küç. 112
 
9
Suraxanı rayonu   
13.05.2019

16:00-20:00
Suraxanı Rayon MKTB-nin binası, Əhməd Mehbalıyev küç. 3
 
10
Qaradağ rayonu
15.05.2019

16:00-20:00
Qaradağ Rayon Mədəniyyət sarayı, Seymur Orucov küç. 23
 
11
Səbail rayonu       
17.05.2019

16:00-20:00
Səbail Rayonu, 239 nömrəli məktəb. Badamdar qəsəbəsi, Məktəbli küşəsi 16
 
12
Pirallahı rayonu
19.05.2019

11:00-15:00
Pirallahı Rayon MKTB-nin binası, Kamil Rzayev küç. 25
 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar