Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır

Bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır

Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır.

Xəbər verilir ki, bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, kompensasiya ödənişinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edilərək hər bir fəaliyyətdə və ləğvə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumat Maliyyə Nazirliyinə (MN) və Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təqdim etdiyi siyahıya uyğun olaraq, aprelin 19-dan MN müvafiq vəsaitlərin kredit təşkilatlarının, ləğv prosesində olan bankların və "Azərpoçt" MMC-nin AMB-dəki hesablarına köçürülməsinə başlayıb.

Kompensasiya alacaq şəxslərin sayı 602 347 nəfərdir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə MN kredit təşkilatlarına vəsaitləri mərhələli şəkildə, MBNP ilə razılaşdırılmaqla köçürəcək.(Report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar