Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin yuboleyinə həsr olunmuş müsabiqənin açılış mərasimi keçirildi - Fotolar

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birlikdə keçirdikləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin açılışı keçirilib.

Mərkəzdən verilən məlumata görə, tədbir ADMİU və ADPU tələbələrinin birləşmiş xorunun ifasında Azərbaycanın Dövlət Himni ilə başlanıb.

Mərasimi açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova və ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək qeyd ediblər ki, müsabiqənin əsas məqsədi dərin və hərtərəfli biliyə malik, yüksək səviyyəli, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı vətənpərvər və milli ruhlu gənc pedaqoji kadrların hazırlanmasıdır. Onlar müsabiqə iştirakçılarını əlamətdar hadisə münasibəti ilə təbrik edib, hər iki təhsil ocağının tələbələrinə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra təqdim edilən konsert proqramında tələbələrin ifasında Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, A.Piazollanın “Libertanqo”, E.Sabitoğlunun “Dədə Qorqud” suitası, V.Mustafazadənin “Tam tənha”, “Yollar”, H.Vəkilovun “Şırırığı”, Ü.Hacıbəylinin “Koroğlu”operasından “Şikəstə”, Niyazinin “Arzu”, N.Mirməmmədlinin “Bakı”, T.Quliyevin “Qaytağı”, O.Kazıminin “Uca dağlar” mahnıları səslənib. (Publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar