Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Moskvada Qarabağ atları ilə bağlı sərgi keçirilib

Rusiyanın paytaxtı Moskvada Qarabağ atlarından bəhs edən "Günəş və işıq atları. Qarabağ cinsi atlarının dirçəlişi" sərgi keçirilir

PİA.az Report-a istinadən xəbər verir ki, "Vegas-Kuntsevo" Ticarət Mərkəzində keçirilən sərgidə Latviyadan olan rəssam Datse Ştrausun Qarabağın nadir at cinslərinin təsvirləri əks olunmuş əsərləri nümayiş olunur.

“Azərbaycanda oldum. Qarabağ atlarının görünüşü və bu barədə danışılanlar məni bu işə həvəsləndirdi. Bu yöndə işləməyə başladım. Sərgim Azərbaycanda, Finlandiyada indi isə Moskvada keçirilir. Çox istərdim ki, bu sərgini Qarabağda da keçirək”. - bunu “Report”a acıqlamasında Latviyadan olan rəssam Datse Ştraus deyib.

Qeyd edək ki, sərgi üç mərhələdə keçiriləcək. Sərgi ekspozisiyası 40 rəsmdən ibarətdir. Tədbirin ikinci mərhələsində xeyriyyə hərracı təşkil olunacaq.

pia.az


Şərh yazın.

loading...