Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meriya onlara yer bəyəndirə bilmir

Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhərİcra Hakimiyyətinə müvafiq göstərişlər verib

Məlum olduğu kimi, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşündə əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bəzi təkliflərlə çıxış ediblər. B.Bağırzadə ölkə rəhbərindən Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. T.İmanov isə babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini istəyib.

Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verib.

Məlumata görə, Meriya hər iki təkliflə bağlı Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib. Lakin Meriyanın təklif etdiyi yerlər nə Bəhram Bağırzadə, nə də Tahir İmanov tərəfindən bəyənilməyib.

Mənbə qeyd edir ki, hər iki əməkdar artist özlərinin təklif etdiyi yerlərə baxış keçirilmərisini israr edir.

Qeyd edək ki, B.Bağırzadə heykəlin “Kukla” teatrı ilə üzbəüz ərazidə ucladılmasını istəyir. Həmin yer isə müxtəlif illərdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün müzakirə predmeti olub.

T.İmanov isə şəhərin mərkəzi küçələrindən birinə babasının adının verilməsində israrlıdır...

Necə deyərlər, Meriya “bəylərə qız bəyəndirə bilmir”...(Modern.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar