Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bədii gimnastika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ikinci günü start götürüb

Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ikinci günü start götürüb.

Bildirilir ki, bu gün ip, top, gürz və lentlə hərəkətlərdə fərdi proqramda, o cümlədən komandalar arasında qrup hərəkətlərində (beş halqa və beş lent) qaliblər müəyyənləşəcək.

Azərbaycanı final mərhələsində gənclər arasında 2018-ci il Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova ip, top və lentlə hərəkətlərdə fərdi proqramda, Nərminə Səmədova ip, top, gürz və lentlə hərəkətlərdə fərdi proqramda və beş halqa və beş lentlə qrup hərəkətlərində komandamız təmsil edirlər.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.(Trend.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar