Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lotu Qulinin adamı Moskvada sahibkarı güllələyib

“Qanuni oğru” Rövşən Caniyev (Rövşən Lənkəranski) öldürülüb, onun “həmkarı” Nadir Səlifov Türkiyədən Dubaya köçüb, lakin Rusiyada onların tərəfdarları arasında qarşıdurma səngimir

PİA.az xəbər verir ki, bu yaxınlarda Moskva vilayətinin Lenin rayonunda Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən insidentin təfərrüatı məlum olub. Bu barədə Oxu.Az-a Moskvadakı Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.

Qeyd edək ki, aprelin 14-də gecə naməlum şəxs azərbaycanlıların olduğu avtomobilə odlu silahdan atəş açıb. Nəticədə bir nəfər ölüb, digəri yaralanıb.

Məlum olub ki, qətlə yetirilən şəxs Ağsu rayon sakini, 1987-ci il təvəllüdlü Şəfi Məhəmmədovdur. O, qarın nahiyyəsindən aldığı xəsarət nəticəsində ölüb. Digər şəxs (1983-cü il təvəllüdlü) isə yaralanıb, o, ölənin dostu idi. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən müvafiq maddələrlə cinayət işi açılıb.

Rusiya KİV-i yazırdı ki, münaqişə “Food city” bazarından alınan xarab kartof üstündə olub. Müştərilər 300 min rubl məbləğində 18 ton kartof alsalar da, sonradan məshulun xarab olduğunu biliblər. Bazara qayıdıb pulu tələb etdikdə, satıcı məhsulun dediyi yerə gətiriləcəyi təqdirdə vəsaiti qaytaracağını bildirib. Təyin olunan yerdə görüş şənbə günü gecə saatlarında baş tutub. Yaranmış mübahisə atışma və qanla bitib.

Həmyerlilərimizin bildirdiyinə görə, Şəfi Məhəmmədov “Food city”də işləyirdi və Rövşən Lənkəranskinin qohumu olan Zaur Əhmədovun yaxın adamı idi. Rövşən Lənkəranskinin ölümündən sonra onun Moskva bazarlarındakı biznesinə nəzarət Z. Əhmədova keçib. Lakin Z. Əhmədovun harada olduğu bəlli deyil, onun biznesinə həmyerliləri nəzarət edir.

Ş. Məhəmmədova atəş açan isə əslən Gürcüstandan olan azərbaycanlıdır və Lotu Qulinin qruplaşmasının üzvüdür. Qətldə şübhəli bilinən şəxs hələlik saxlanılmayıb, bu istiqamətdə zəruri tədbirlər görülür.

Əldə olunan məlumata görə, əslində azərbaycanlılar arasındakı mübahisəyə səbəb kartof deyil, kriminal qruplaşmaların bazara nəzarət uğrunda mübarizəsi olub. Söhbət gəzir ki, Quli Z. Əhmədovun biznesini ələ keçirmək istəyir.

pia.az


Etiket: Lotu Quli Moskva

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar