Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell"in dəstəyi ilə “TechCentrum” “Data Science” üzrə 3 aylıq təlimlərə başlanılıb

“Azercell Telekom”dan az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələrə dəstək

Azercell Telekom”un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İT sahəsinə olan marağı, eyni zamanda mütəxəssislərin azlığını nəzərə alaraq, az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün “TechCentrum” platformasının təşkilatçılığı ilə “Data Science” təlimlərinə başlayıb.

Azercell Telekom”dan ONA-ya verilən məlumata görə, təlimlər həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir. Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviredici və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda sətri (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq.

Qeyd edək ki, “TechCentrum” İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində “TechCentrum” platforması 700-dən çox iştirakçıya “Data Science” və “Data Engineering”, “Cpython”, “Data Products Management” üzrə təlimlər və vebinarlar təşkil edib, Facebook kimi böyük Tech şirkətlərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirib.

pia.az


Etiket: Azercell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar