Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın və Orta Şərqdə son durum – Hərəkətlilik artıb

Yaxın və Orta Şərq və Suriyada qarşıdakı günlərdə vəziyyəti dəyişdirə biləcək addımlar atıla bilər...

Nilgün Təkfidan Gümüş,
“Hürriyet” qəzeti, Türkiyə, 19 aprel 2019-cu il

Orta Şərqdə bir müddətdir sakit şəkildə davam edən vəziyyət keçən həftələrdən bəri canlanmağa başlayıb.

Əlcəzairdən Suriyaya qədər olan ərazidə bir-birinin ardınca diqqətçəkən hadisələr baş verərkən, regiondakı ölkələr də öz mövqelərini nəzərdən keçirirlər.

Əlcəzairdə 20 ildir iqtidarda olan 82 yaşlı Abdüləziz Buteflikanın səhhətinin pis olmasına baxmayaraq, 5-ci dəfə eyni vəzifəyə namizəd olması bir mənada dəyişikliyi zəruri etdi.

Nümayişlərin davam etməsinə və ordunun da dəstək verməməsinə görə Buteflika namizədliyini irəli sürməməyə qərar verib və istefa edib. Lakin Buteflikadan sonra rejimin qalıqlarının təmizlənməsi üçün etirazlar hələ davam edir.

***

Liviyada isə ölkənin şərqində General Xəlifə Xəftara bağlı olan hərbi birləşmələr Tripoliyə, BMT-nin dəstək verdiyi Milli Birlik Hökümətinə qarşı hücuma keçib. İslamçı qruplara qarşı savaşmış Xəftar məsələsinə görə Avropa ölkələri və regiondakı ölkələr arasında fikir ayrılığı yaranıb.

Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Xəftara dəstək verir. Qətər isə Xəftara verilən beynəlxalq silah dəstəyinin dayandırılmasını tələb edir. Afrikalı qaçqınların köçünün qarşısını almaq istəyən İtaliya Tripoli hökümətini dəstəkləyir. Fransanın isə Xəftarı dəstəklədiyi önə sürülüb.

Dünya Sağlamlıq Təşkilatına görə, aprelin 4-də başlamış toqquşmalarda bu günə qədər 200-dən çox insan həyatını itirib.

***

Sudanda isə keçən həftə Ömər əl Bəşirin 30 illik iqtidarı xalq etirazları və hərbi çevriliş nəticəsində sona çatıb. Lakin Əlcəzairdə olduğu kimi, Sudanda da etirazlar davam edir.

Dekabrda ilk dəfə çörəyin qiymətinə etiraz etmək üçün küçələrə axışan insanlar bu dəfə Ömər əl Bəşir dönəmindəki elitaların da rəhbərlikdən ayrılması üçün müqavimət göstərirlər. Hərbi rəhbərliyin ləğv edilib, sivil bir hökümətin yaradılmasını tələb edirlər.

***

İsraildə Likud Partiyasının keçən həftə olan seçkilərdə birinci olmasının ardınca Bünyamin Netanyahunun höküməti yenidən qurması gözlənilir. Netanyahu ABŞ-da Tramp iqtidara gələndən bəri Orta Şərqdə tarazlığın İsrail lehinə çevrilməsi üçün etdiyi həmlələrlə diqqət çəkir.

İranın İraqdan sonra Suriyada artan nüfuzu, Livanda Hizbullaha verdiyi dəstəkdən narahat olan İsrail rəhbərliyi Tramp rəhbərliyini Tehran əleyhinə qərarlara təşviq edir və Rusiya ilə də əlaqələrini davam etdirir.

***

İran hələ də ABŞ-ın 2015-ci ildə nüvə sazişindən imtina etməsindən sonra tətbiq edilən iqtisadi sanksiyaların məngənəsində qalıb. ABŞ rəhbərliyi son olaraq İslam rejiminin qorunması üçün qurulan İran İnqilabı Keşikçilərinin ordusunu “xarici terror təşkilatları” siyahısına əlavə edib.

İnqilab Keşikçiləri nəzarət etdiyi ictimai şirkətləri və qurumları ilə İranın iqtisadi-siyasi həyatında mühüm rol oynayır. ABŞ “terror təşkilatı” həmləsi ilə İnqilab Keşikçilərinin xarici şirkətlərlə işləməsinə maneə olaraq İranın maddi qaynaqlarını daha da zəiflətməyi hədəfləyir.

***

İrandakı vəziyyət Suriyada Əsəd rejiminə də təsir edir. Suriyada yayımlanan “Əl-Vətən” qəzetinə görə İranın neft daşınması məsələsi 6 aydır ki, dondurulub. Bu səbəbdən, Dəməşqdə və rejimin nəzarətindəki digər bölgələrdə benzin stansiyaları önündə uzun növbələr yaranır. Xüsusi nəqliyyat sahibləri 5 gündə 20 litr benzin ala bilir.

Ötən günlərdə Bəşər Əsəd İranın Xarici İşlər Naziri Cavad Zərifi Dəməşqə dəvət edib. Əsəd fevralda Tehrana getmiş, görüşlərə dəvət edilməyən Zərif əvvəlcə istefa verməyə qərar vermiş, gələn reaksiyalara görə isə istefasını geri çəkmişdi.

***

Türkiyə İran Xarici İşlər Naziri Zərifin Dəməşqdən sonrakı dayanacağı oldu. Zərif Xarici İşlər Naziri Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında Əsədlə keçirdiyi görüşün hesabatını Prezident Ərdoğana təqdim edəcəyini bildirib. Zərifin səfəri Astana müddətinin davam edəcəyi 25-26 aprel tarixləri ərəfəsinə təsadüf edir. Adı Nursultan olaraq dəyişdirilən Astanada əsas gündəm Suriyada konstitusiyanın yazılması üçün komissiya üzvlərinin müəyyənləşdirilməsi ola bilər. Daha əvvəl ictimai təşkilatlar məsələsindəki siyahıda razılıq olmamışdı.

Türkiyə çatışmazlıq bölgəsi olan İdlibə qarşı hücumlardan və Əsəd rejimi ilə terror təşkilatı PYD/PKK arasındakı əlaqələrdən narahatdır. Bəllidir ki, İsrail, ABŞ və sünni Ərəbistan bucağının məngənəsinə aldığı İran Türkiyə vasitəsilə bir çıxış yolu axtarır.

Bu mənada, Orta Şərq kimi, Suriyada da qarşıdakı günlərdə bu vəziyyəti dəyişdirə biləcək addımlar atıla bilər.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar