Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır

”Pensiya təminatı sahəsində müqavilə” layihəsinin hazırlanması işləri davam edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, məqsəd Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azəbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır.

Layihənin hazırlanması ilə əlaqədar Moskva şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında ikinci ekspert görüşü keçirilib.

Görüşdə sözügedən sənədin əhatə dairəsi, tərəflərin ərazisində çalışan vətəndaşlara münasibətdə tətbiq olunacaq sosial sığorta rejimi müzakirə olunub.

Eyni zamanda, bu əsasda həmin vətəndaşların pensiya məbləğinin ilkin və təkrar hesablanması, ödənilməsi, çatdırılması qaydaları və mexanizmləri, bununla bağlı bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ən çox oxunanalar