Qazaxıstanda avtobus qəzaya uğrayaraq aşıb, 11 nəfər ölüb, 29 nəfər yaralanıb
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Aprelin 20-də səhər saat 5 radələrində Jambıl vilayətinin Korday rayonunda - Almatı-Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində "Toyota Camry" markalı avtomobil yol qırağında park edilmiş yük maşını ilə toqquşub. Bu zaman yolda hərəkət edən sərnişin avtobusu da yuxarıda göstərilən avtomobillərlə toqquşmadan qaçmağa çalışarkən aşıb", - qurumun Mətbuat xidmətinin məlumatında deyilir.
DİN-in məlumatına görə, qəza nəticəsində 8 nəfər hadisə yerində ölüb, 32 nəfər tibb məntəqələrinə aparılıb, amma sonradan daha 3 nəfər aldığı xəsarətlərdən keçinib.
pia.az