Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüzə nə qaldı?...

Pensiya yaşını keçən nazirlər

Aprelin 19-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 81 yaşı tamam oldu.

“Yeni Sabah” xəbər verir ki, PA rəhbərinin növbəti ad günü yaşlı məmurlarla bağlı məsələni yenidən gündəmə gətirdi. Uzun illər Azərbaycanda Gənclər siyasəti və proqramlarının mövcud olmasına baxmayaraq, hökumətin yuxarı təbəqəsində hələ də yaşlıların üstünlük təşkil etməsi danılmaz reallıqdır.

Ölkədə rəsmi pensiya yaşı 65 müəyyən olunub. Bir sıra sahələrdə bu tələb günbəgün olaraq yerinə yetirilir. Yəni 65 yaşı tamam olan şəxs vəzifəsindən dərhal azad olunur. Amma təbii ki, bu yüksək vəzifəli şəxslərə aid deyil.

Bəs hökumətdə pensiya yaşı tamam olanlar kimlərdir? Onların siyahısını təqdim edirik:

Baş Nazir Novruz Məmmədov - 1947-ci il təvəllüd, 72 yaş

Baş nazirin birinci müavini Yaqub Eyyubov - 1945-ci il təvəllüd, 74 yaş

Baş nazirinin müavini Əli Əhmədov – 1953 təvəllüd, 66 yaş

Baş nazirinin müavini Əli Həsənov – 1948 təvəllüd, 71 yaş

Baş nazirinin müavini Hacıbala Abutalıbov– 1944 təvəllüd, 75 yaş

Daxili işlər naziri Ramil Usubov – 1948 təvəllüd, 71 yaş

Səhiyyə naziri Oqtay Şirəliyev – 1950 təvəllüd, 69 yaş

Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə - 1939 təvəllüd, 80 yaş

Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov – 1945 təvəllüd, 74 yaş

Prezidentin İşlər müdiri Oqtay Şahbazov – 1941 təvəllüd, 78 yaş.

Həmçinin, aşağıdakı vəzifəli şəxslərin də yaxın vaxtlarda pensiya yaşları tamam olacaq. Beləliklə, +60-lar:

Ədliyyə naziri Fikrət Məmmədov – 1955 təvəllüd, 64 yaş

Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev -1955 təvəllüd, 64 yaş

Mədəniyyət naziri Əbülfəs Qarayev – 1956 təvəllüd, 63 yaş

Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov – 1956 təvəllüd, 63 yaş

Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev – 1957 təvəllüd, 62 yaş

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov -1957 təvəllüd, 62 yaş.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar