Cənubi Afrika Respublikasında pasxa mərasimi zamanı kilsənin bir hissəsinin çökməsi nəticəsində azı 13 nəfər həlak olub
News24 portalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hadisə aprelin 19-na keçən gecə ölkənin şimalındakı Kvazulu-Natal vilayətində baş verib.
Dağıntıya regionda sürəkli leysan yağışlarının səbəb olduğu ehtimal edilir.
İnsident nəticəsində, həmçinin azı 16 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir/Azərtac.
pia.az