Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aman Allah, o mənim axırıma çıxacaq...” - Tramp  

ABŞ-da xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi və ehtimal edilən Tram-Rusiya gizli əlaqələri barədə iki ildən çox davam edən təhqiqatının yekunları nəhayət ictimaiyyətə təqdim edilib

Virtualaz.org xəbər verir ki, Müllerin hesabatından dövlət sirri sayılan informasiyalar çıxarıldıqdan sonra onun redaktə edilmiş variantı ABŞ Ədliyyə Departamentinin saytında yerləşdirilib. Hesabat barədə Konqresi baş prokuror Uilyam Barr məlumatlandırıb.

Artıq xəbər verildiyi kimi Müller Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini sübuta yetirsə də Trampın Moskva ilə gizli işbirliyini sübuta yetirmək üçün yetərli dəlillər tapa bilməyib. Nəticədə hesabat Trampın qələbəsi hesab edilir. Lakin hesabatdan məlum olur ki, Tramp keçmiş FTB direktoru Robert Müllerin Rusiya işi üzrə xüsusi prokuror təyin edildiyini eşidəndə Ağ evdə dəliyə dönüb, özündən çıxaraq sağa-sola söyüşlər yağdırıb. “Aman Allah, o mənim axırıma çıxacaq”-deyib.

Hesabata əsasən 2017-ci ilin mayında Müllerin xüsusi prokuror təyin edildiyini eşidəndə Tramp komandasının üzvlərinə bağırdığı, söyüş söydüyü və bu xəbərdən sarsıldığı məlum olur. “Aman Allah, zibilə düşdük. Bu çox pis oldu. Bu mənim prezidentliyimin sonudur. Mən bitdim. Hər kəs bu xüsusi prokurorlardan biri təyin edilərsə sənin prezidentliyin bitəcək deyir. Bu təhqiqat illərlə davam edəcək. Mən heç nə edə bilməyəcəm. Başıma gələn ən pis hadisədir”-Trampın hesabatda yer alan reaksiyasının redaktə edilmiş variantı belədir.

Hesabatda o da deyilir ki, Tramp o vaxtkı ədliyyə naziri Ceff Şessinsə də bərk qəzəblənib. “Bunun baş verməsinə necə yol verə bilərsən, Ceff? Sənin vəzifən məni qorumaq deyilmi?”-prezident ona bağırıb.

Müllerin hesabatına əsasən Tramp Rusiya təhqiqatını əngəlləmək üçün bəzi cəhdlər edib, amma ətrafındakılar onu bu fikirdən daşındırıb. Ağ evin hüquq müşaviri olmuş Don Makkeyn Müllerin xüsusi prokuror vəzifəsindən qovulması barədə Trampın istəyini rədd edib və ardınca özü vəzifəsindən istefa verib. Nəticədə Trampın ədaləti əngəlləməyə cəhdlər etdiyi qeyd olunsa da onun bu əməli törətməsinə dair sübutlar tapılmayıb.

O cümlədən Trampın və komandasının üzvlərinin Rusiya ilə gizli sövdələşmələrinə dair şübhələr var, amma prokuror bunu sübut etmək üçün yetərli dəlillər tapa bilməyib. Məsələn, Trampın oğlunun demokratların qərargahına kibermüdaxilə edib sənədləri ələ keçirən WikiLeaks saytı ilə təmaslarının olduğu, habelə prezidentin milli təhlükəsizlik müşaviri olmuş Maykl Flinnlə Rusiyanın Vaşinqtondakı səfiri arasında təmaslardan xəbəri olduğu məlumdur, amma bunlar yetərli sübutlar hesab edilməyib.

Nəticədə Tramp özünü təmizə çıxmış hesab edir. Müllerin hesabatı isə bestsellerə çevrilir və bir çox iri nəşriyyatlar onu kitab halında dərc etmək üçün sıraya düzülüblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar