Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətə düşmən kəsilmək və müxalifətçiliyin yeni “standartları”

Hakimiyyətə qarşı mübarizə aparmaq, siyasi müxalifətdə dayanıb iqtidarı dəyişməyi hədəfləmək, heç də o demək deyil ki, prosesi mütləq mənada dövlətin dayaqlarını sarsıtmağa xidmət edən davaranışlarla müşayət etdirməlisən…

Müxalifətçilik dövlətə və xalqa xəyanət anlamı kəsb etmir! Müxalifətçiliyin heç vaxt ağzına gələni danışmaq, hakimiyyətdə olanları təhqir etmək, hər şeyi qara rəngdə görmək, milli maraqları şəxsi maraqlara qurban vermək kimi “konsepsiyası” olmayıb – yoxdur və olmayacaq! Amma təəssüf ki, bizim ölkəmizdə hakimiyyət uğrunda mübarizənin yeni “standartlarını” müəyyənləşdirməyə həvəslənənlər var. Ciddi cəhdlə çalışırlar ki, müxalifətçiliyin normativlərinə dövlətə və milli maraqlara xəyanət elementləri də əlavə olunsun…

Demokratiya – qət olunan məsafə…

“Demokratiya, vətəndaşın şəxsiyyət vəsiqəsi təqdim etmədən qət edə bildiyi məsafə ilə ölçülür” – Bu fikrin müəllifini xatırlamıram, demokratiya ilə bağlı hansısa kitabda oxumuşdum. Diqqətçəkən yanaşmadır. Sərbəstliyin səviyyəsi kontekstini əhat edir. Bu xüsusda Azərbaycandakı vəziyyəti təhlil etsək, görərik ki, burada istənilən şəxsin heysiyyatına toxunmaqdan başlayaraq istinad nöqtəsi olmayan xəbər yaymağa, ciddi sübutlar olmadan ağır ittihamlar dilə gətirməyə, toyuq oğrusunu və ya dövlətə xəyanət yolunu tutmuş adamı “siyasi məhbus” kimi sırımağa qədər uzun bir məsafə qət etmək mümkündür – şəxsiyyəti təsdiq edən sənədə-filana ehtiyac yoxdur. Məsələn, biri sosial şəbəkələrdə “Dümbələk” adında profil yaradır və başlayır istədiyi adamın ünvanına təhqirlər yağdırmağa. Bununla yanaşı, təxribatçı paylaşımlar edir, cəmiyyətdə gərginlik yaratmağa xidmət edən çağırışlar yayır, heç bir əsası olmayan, mənbəsi bilinməyən, havadan götürülmüş xəbərlərə söykənib, “ay camaat, başqa yolumuz yoxdur, çıxın küçələrə” şəklində şivən qoparır. Dədəsi-nənəsi, gerçək kimliyi də, dediyim kimi, bilnimir. Bax elə bu da, bir fərdin şəxsiyyəti təsdiq edən sənəd təqdim etmədən klaviaturadan və ya Youtube videosundan başlayaraq başqa bir şəxsin ləyaqətinə toxunmağa, eləcə də ölkədə çaxnaşma yaratmaq hədəfinə hesablanmış çağırşlar etməyə qədər qət etdiyi uzun məsafənin göstəricisidir…

Boş iddialar, uydurulan nağıllar…

Bu sırada daha böyük məsafədə hərəkət sərbəstliyinə isə şübhəsiz ki, Əli Kərimli malikdir. Adam xəyanətkarı, dövləti cinayətlərdə əli olanları da mələk şəklində təqdim edib, boş iddialara, cəzadan qurtulmaq üçün uydurulan nağıllara əsaslanan bəyanatlar, çağırışlar yayır. Sosial şəbəkələrdə yayılan istənilən qondarma material onun üçün mitinqə çağırış bəhanəsidir. Ən adi məişət probleminə dair kiminsə Facebook-da paylaşdığı statusu belə az qala “ölkənin faciəsi” kimi qələmə verir, məsuliyyətini dərk etməyən iki-üç avaranın çəkib yaydığı videolar ətrafında hay-həşir qoparır. Axı müxalifət partiyasının sədri olmaq o demək deyil ki, bütün gününü sosial şəbəkələrdə keçirməli, kanalizasiya xəttindəki sızma hallarından bəhs edən paylaşımları da mitinqə çağırış üçün istifadə etməlisən. Sanki mərəzə çevrilib – hər gün ittiham etməli, hər gün Facebookda nəsə tapıb “həngamə” qoparmalıdır… Yeri gəlmişkən, bu xəstəlik Aslan İsmayılovda da var. Prezidentin köməkçisi Əli Həsənovdan hər gün nəsə paylaşmasa, ürəyi dayanarmış kimi görünür…

Düşmənçilik elementləri

Belə görünür ki, Əli Kərimli və ətrafında olanlar üçün vətən, dövlət, dəvlətin maraqları, milli təəsübkeşlik kimi anlayışların artıq heç bir dəyəri qalmayıb. Belə olmasaydı millətin qanını içməyə hazır olan separatçıların paylaşımlarına, dövlətə xəyanət yolunu tutduğuna görə mühakimə olunanların uydurmalarına “könül” verməzdilər…

Əməllərində və davranışlarında siyasi mübarizə adına heç nə qalmayıb. Atdıqları addımlarda düşmənçilik elementləri boy verir. Bu adamlar özlərini o qədər itiriblər ki, hətta məşhur portuqaliyalı futbolçu Rolnaldonu “Azərbaycanlı məmurun oğlu” kimi təqdim edirlər. Amma qətiyyən görməzsən ki, ölkədəki hansısa yaxşı hadisə barədə paylaşım edib, dövlət və xalq üçün əhəmiyyətli proseslərə dəstək versinlər. Bunların düşünçəsində siyasi mübarizə tamam alayı nəsnələr üzərindən aparılmalıdır.

Yaxşını “görməmək” vacibatı

Müşahidə olunan odur ki, yaxşını “görməmək”, ən xırda məsələni şişirdib hakimiyyətə qarşı istifadə etmək, aranı qarışdırmaq üçün dövlətin düşmənlərilə də əməkdaşlığa getmək Əli bəyin dəstəsində olanların vacibatına çevrilib. Bu dəstənin adamları hansısa sosial problemi, onun həll olunması, aradan qaldırılması üçün qabartmırlar. Hansısa vətəndaşın üzləşdiyi çətinliklər də onlar üçün əhəmiyyət kəsb eləmir. İnsanların ağır dərdindən də yararlanıb çirkin oyunlar qurur və bunu “mübarizə” predmetinə çevirəcək qədər qanacaqsızlıq edirlər… Bir problemdən bəhs edirlərsə, bunun arxasında mütləq ölkədə narazılıq mühiti yaratmaq, cəmiyyəti çaşdırmaq, vətəndaşları qarşıdurmalara meyilləndirmək marağı dayanır. Bunun adı isə heç bir halda siyasi mübarizə deyil!

Belə müxalifətçilik olmur! (publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar