Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyalı siyasətçilər azərbaycanlı miqrantların saxlanma şəraitindən dəhşətə gəldilər

Aşağı Bavariyanın Deqqendorf şəhəri yaxınlığındakı qaçqınlar üçün mərkəzdə indi Azərbaycandan, Nigeriyadan, Seneqaldan və Syerra Leonedən Almaniyada sığınacaq istəyən 111 ərizəçisi qalır

Həmin mərkəz Avropa Parlamenti deputatlarının səfərindən sonra, hansı ki, orada insanların saxlanma şəraitindən dəhşətə gəlmişdilər, təcili təmir edilib.

PİA.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Bavariya nəşri “Platteinger Zeitung” yazıb.

Nəşr yazır ki, aprelin 12-də Yaşıllar Partiyasından olan millət vəkilləri Gülseren Dəmirəl və Toni Şhuberl Deggendorfdaki qaçqınlar mərkəzinə baş çəkiblər. Onlar bir qayda olaraq qaçqınları yoxlayır, sonra onların Almaniyada qalmaları və ya deportasiya olunmaları barədə qərar verirlər. Siyasətçilər orada insanların saxlanması şəraitindən dəhşətə gəliblər və dərhal mərkəzin bağlanmasını tələb ediblər. Deqqendorf şəhəri polis idarəsinin direktoru Stefan Seyler onda siyasətçilərə söz vermişdi ki, mərkəz təcili təmir olunacaq.

Nəşrin məlumatına görə, Aşağı Bavariya hökumətinin mətbuat katibi Liza Xeltsi dünən bildirib ki, qaçqınlar üçün mərkəzdə bütün yerlər təmir edilib və təzə avadanlıqlarla təchiz olunub. Xüsusən də yaşayış yerləri və sanitariya qovşaqları təmir edilib. Özü də təmir işləri təkcə binada yox, həm də mərkəzin ərazisində aparılıb.

Bundan başqa, 19 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş, tək və uşaqlı qadınlar kimi həssas qaçqın qrupları üçün obyektlərin yaradılmasını nəzərdə tutan Zorakılıqla Mübarizə Bavariya Aktına uyğun olaraq, xüsusi mərkəz yaradılacaq. Xüsusi mərkəz Avropa deputatlarının ziyarət etdikləri qaçqınlar mərkəzinin müasirləşdirilməsinə dair bütün işlər başa çatdıqdan-iyulun 1-dən sonra istifadəyə veriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar