Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosundan istifadə edənlərin sayı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 460,7 mln. nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,3% çox sərnişinə xidmət göstəriblər

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-mart ayıları ərzində 717,3 min sərnişin daşınıb, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,8% artım deməkdir.
Hesabat dövründə dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 44,4% artaraq 3,9 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 403,9 mln. sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,6% artım qeydə alınıb.

Sərnişinlərin 96%-i avtobus, 4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3%, sərnişin dövriyyəsi isə 1,7% artıb”.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4% azalaraq 55,6 mln. nəfər olub. Hava nəqliyyatı ilə 477,7 min və ya 0,4% çox sərnişin daşınıb, daşımaların 99,8%-i dövlət, 0,2% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. (azpolitika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar