Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva təqdimat mərasimində iştirak edib

"Şahdağ. Dağların şahı" sənədli filminin təqdimat mərasimi keçirilib

 

Aprelin 17-də Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyinin milli parklar haqqında sənədli filmlər silsiləsindən ibarət xüsusi layihəsi çərçivəsində çəkilmiş "Şahdağ. Dağların şahı" sənədli filminin təqdimat mərasimi keçirilib.

Pia.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Ekran əsərinin təqdimatından əvvəl qonaqlar "Şahdağ. Dağların şahı" filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar.

Sonra yeni yaradılmış Qızılağac Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmdən kadrlar göstərilib.

Mərasimdə çıxış edən İqor Bışnyov "Şahdağ. Dağların şahı" layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirib, filmin altı il müddətdə davam edən çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

İqor Bışnyov Azərbaycanda ekoturizmin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Filmdə Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının yaradılmasının məqsədi, burada məskunlaşan və 108-i Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş fauna növləri, endemik və nəsli kəsilməkdə olan digər növlər və transsərhəd köçəri heyvanlar, ərazi üçün xarakterik olan müxtəlif flora növləri, böyük və əzəmətli qalaya bənzərliyi ilə insanı heyrətə gətirən Şahdağın landşaftı, ərazidə mövcud olan qlobal əhəmiyyətli dağ meşələri haqqında bəhs edilir.

IDEA-nın sözügedən layihəsi çərçivəsində 2014-cü ildə "Şirvan Milli Parkı", 2015-ci ildə "Quşlar cənnəti - Ağgöl Milli Parkı" və "Göygöl Milli Parkı", 2017-ci ildə "Azərbaycan. Ceyranların xilası", ötən il isə "Abşeron Milli Parkı" sənədli filmləri geniş ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində ölkəmizin bütün milli parkları haqqında sənədli filmin hazırlanması nəzərdə tutulur.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Şahdağ. Dağların şahı" filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin İctimai Birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, "Şahdağ. Dağların şahı" filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.

IDEA-nın milli parklarla bağlı sənədli filmlər silsiləsi yaratmağında əsas məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar