Bakının Dənizkənarı Milli Parkı ərazisində intihara cəhd hadisəsi baş verib
1990-cı il təvəllüdlü Ağamalıyeva Mənsurə Mehman qızı özünü dənizə atıb.
Sakinlərin köməkliyi ilə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qıza təcili tibbi yardım göstərilib. Hazırda zərərçəkmişin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, gənc qız şəxsi münasibətlər zəminində intihar edib. (Report)
pia.az