Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldovada tələbələrə Qarabağ barədə məlumat verildi

Moldovanın paytaxtı Kişniyov şəhərində yerləşən Tiraspol Dövlət Universitetində aprelin 17-də “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib

Azərbaycanın Moldovadakı səfirliyindən Axar.az-a bildiriblər ki, tədbirdə səfirliyin əməkdaşları, universitetin rektoru, professorları, müəllim heyəti, politoloqlar və tələbələr iştirak ediblər.

Azərbaycan-Moldova münasibətlərindən söz açan səfirliyin əməkdaşı Leyla Orucova bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlıq dinamik və müsbət müstəvidə inkişaf edir. L.Orucova çıxışında ümummilli lider Heydər Əliyevin düşünülmüş və müdrik siyasətindən, onun Azərbaycan və xalqımız üçün gördüyü işlərdən, əsası Ulu Öndər tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən, ölkədə həyata keçirilən çoxsaylı islahatlardan danışıb.

L.Orucova tədbir iştirakçılarına Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, Azərbaycanda siyasi və iqtisadi islahatların bu gün də aparıldığını, ölkəmizdə demokratiyanın inkişafına, insan haqlarının qorunmasına böyük önəm verildiyini vurğulayıb. Bundan əlavə, L.Orucova Aİ-nın Azərbaycanın əsas ticarət tərəfdaşı olması nəticəsində ölkəmizin iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılması, “Cənub Qaz Dəhlizi” layihəsinin perspektivləri, Bakı-Tiflis-Qars dəmir yolunun açılması ilə respublikamızın Avropanı Asiya ilə birləşdirən körpüyə çevrilməsi, eləcə də enerji, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf və ölkəmiz üçün prioritet olan digər sahələrdən də bəhs edib.

Daha sonra L.Orucova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub. Münaqişənin tarixi barədə qısa məlumat verən diplomat Azərbaycanın ərazi bütövlüyünün erməni separatizmi nəticəsində pozulduğunu, bu gün də torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozduğunu, onlara məhəl qoymadığını, işğal nəticəsində bir milyondan çox həmvətənlərimizin doğma yurd-yuvalarından didərgin düşdüyünü, qaçqın və məcburi köçkünə çevrildiyini, onların Ermənistanın mənfur etnik təmizləmə siyasətinə məruz qaldıqlarnı diqqətə çatdırıb. L.Orucova BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu qətnamələri hələ də yerinə yetirmədiyini xüsusi vurğulayıb.

L.Orucova tələbələrə səfirlik tərəfindən həyata keçirilən “Mən Azərbaycan barədə nə bilirəm” mövzusunda müsabiqənin açıq olduğunu elan edib.

Görüşün sonunda Tiraspol Dövlət Universitetinin kitabxanasına rumın dilində dərc edilmiş “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik” kitabları, “Bakı”, “İrs” və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Xocalıya Ədalət” bukletləri təqdim edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar