Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kimsə onu satqınlıqda ittiham etmir”

“Müsavat Partiyasının Divan üzvü, Yadigar Sadıqlının yazdıqları və 20-yədək, əsasən hakimiyyətin nəzarətində olan saytların tirajladığı məlumatlar həqiqəti əks etdirmir”

PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O, bildirib ki, partiyanın başqanı Arif Hacılının müsavatçıların daxili qrupunda kiməsə qarşı kampaniya aparmaq tapşırığı və ya belə kampaniyaya xeyir dua vermək faktı ortada yoxdur:

“Belə tapşırıq ola da bilməz. Müsavat Partiyasında formalaşmış münasibətlər sistemi buna imkan tanımır.

İkincisi, qapalı qrupda Yadigar bəyə qarsı, onun iddia etdiyi kimi hər hansı kampaniya olmayıb. Kimsənin onu satqınlıqda və bölücülükdə ittiham etməsi faktı yoxdur.

Bəzi partiya üzvləri Yadigar bəyin partiyanın son məclisindəki davranışlarından narazılıqlarını bildirib, ondan səsləndirdiyi təhqirə görə üzr istəməsini tələb ediblər. Onun yazdıqlarından razı olub olmadıqları məqamlara münasibət bildiriblər. Mümkündür ki, bu münasibət həmişə arzuolunan səviyyədə olmayıb və belə hala görə ancaq münasibət bildirən şəxs cavabdeh ola bilər.

Yadigar bəyin həqiqətə uyğun olmayan son açıqlamalarının motivləri mənə aydın deyil.

Ümüd edir və inanıram ki, Yadigar bəy yaxın zamanlada, yol verdiyi yanlışlıqların nəticələrini aradan qaldırmaq üçün lazımı addımlar atacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar