Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Türkiyəyə qarşı ittifaq qurulur…

Ankaraya "ya Vaşinqtonu, ya Moskvanı seç" deyirlər

Ergün Diler

“Takvim”, Türkiyə, 16 aprel 2019-cu il

Abdullah Gül, Əhməd Davudoğlu və ya keçmiş AKP-lilər yeni bir təşkilatla yola çıxarlarmı? Çıxacaqlarmı? Son günlərin populyar sualları bunlardır.

Təbii, bir də İstanbul məsələsi var. 31 mart seçkiləri bitsə də, İstanbul üçün proses davam etməkdədir. Nə olacağını kimsə bilmir. Amma hər kəs maraq içindədir. Seçki təkrarlanacaqmı? İmamoğlu vəzifəyə gələcəkmi? Bilmirik.

Ancaq dünyaya geniş baxıb diqqəti İstanbula fokuslarsanız, fərqli bir şey görərsiniz. İstəyirsinizsə, bu baxış bucağından baxaq və qarşımıza çıxanları analiz edək. Diqqəti rol alması gözlənilən şəxslərə və mümkün səhnələrə verək.

Çox yazdım. Lakin yenə də qısa toxunmaqda fayda var. Donald Tramp prezident olandan bəri qarşısında bir “rus kartı” vardı. Aylarla davam edən təhqiqatdan sonra xüsusi prokuror Robert Müller bir dosye hazırladı. İddialara görə, açıqlananlarla dosyenin içindəkilər arasında böyük fərqlər var. Mümkündürmü? Əlbəttə. ABŞ “dərin dövlət”i belə istəyib, belə də edib.

Ancaq dosyenin təhvil verilməsindən sonra prokuror Müller itkin düşənlərə qarışdı. Tramp da, heç olmadığı qədər, yola gəldi. Türkiyə məsələsində önə çıxan şəxs isə Maykl Pens oldu. Bu, bizim üçün yaxşı bir hadisə deyil. Həm də heç deyil. Müllerin dosyeni təhvil verməsindən sonra bizimlə əlaqəli önəmli hadisələr yaşandı. Altı gün öncə içəridə bir birini yeyənlər – demokratlar və respublikaçılar mövzu Türkiyə olunca birləşdilər.

Baxın, “Bizə nə?” deməyin. Bu, çox önəmlidir. ABŞ Senatının xarici əlaqələr və müdafiə sahəsində önəmli rol oynayan 4 üzvü “The New York Times” üçün məqalə yazdı. Məqalədə çox önəmli mesajlar vardı. Önə çıxanı isə bu idi: Türkiyənin yeni nəsil F-35 hərbi təyyarəsini vura biləcək şəkildə dizayn edilən rus istehsalı S-400 HHM sistemini satın alması halında, mümkün olan hər cür sanksiya tətbiq ediləcək.

Respublikaçılar Partiyasından olan Cim İnhofla Cim Riş və Demokrat Partiyasından olan Cek Ridlə Bob Menendes bunu da açıq şəkildə sona əlavə etdilər: Türkiyə, ABŞ-la Rusiya arasında seçim etməlidir.

Doğrusu, biz F-35 və S-400 üzərindən aparılan bu mübarizəni görməkdəyik.

Bunu bilməkdə böyük fayda var. Hələ dünənə, Müllerin hazırladığı dosyeni təqdim etməsinə qədər bir-biri ilə rəqib olanlar indi ittifaq halındadırlar və üzərimizə gəlməkdədirlər. Həm də gizlətməyə heç bir ehtiyac duymadan. Qapını dollarla döyəcəklərindən əmin olun. Yoxlayacaqlar. Və əllərindən gələni edəcəklər. Məqsəd Türkiyənin dünyada tutduğu mövqeyi dəyişməkdir. Bu səbəblə, maliyyə ilə bağlı kiminlə görüşsək də, tək bir dollar belə verməzlər. Verə bilməzlər. Çünki ortadan qaldırmaq istədikləri struktura vaxt vermək istəməyəcəklər. Gərginlik daha öncə heç yüksəlmədiyi sıxıntılı bir nöqtədədir.

Xatırlayırsınızsa, Çinlə birlikdə Hava Hücumundan Müdafiə sistemləri istehsal edəcəkdik və sərhədlərimizi qoruyacaqdıq. Kobani hadisələri baş verdi. Nyu Yorkdan Tokioyadək bütün media vasitələri bu hadisələri öz manşetlərinə daşıdı. Qlobal bir hücum idi. 50 vətəndaşımız öldü. Biz də vaz keçdik. Türkiyənin Çinlə yan-yana gəlməsi istənmirdi. O hücumla bir addım atdılar.

Rusiya məsələsi də onun kimi. Ankaranın Moskva ilə yan-yana gəlməsi ABŞ-ın regiondakı bütün maraqlarına zərər verir. Bu səbəblə, öz aralarında birləşdilər. Süveyş kanalından Aralıq dənizinə, Kiprdən Somaliyədək olan istiqamətlərdə itki verməmək üçün tək parça oldular.

Türkiyə-Rusiya yaxınlaşması və tərəfdaşlığı buralarda çox danışılmayan nəticələr meydana gətirər ki, bundan da zərər görən yalnız ABŞ olar. Həm də böyük zərər görər. ABŞNATO üçün durum budur. Türkiyə, mövqeyilə bağlı olaraq, Rusiya və Çinlə yaxınlaşınca gərginlik artar. Bu gərginliyi artırmaq üçün də gələcəklər. Bunu bilmək üçün kahin olmağa ehtiyac yoxdur.

Bu səbəblə, İstanbul seçkiləri çox-çox önəmlidir. Nəticə ümumi seçkilər qədər qiymətlidir. Nə olacağını gözləyib görəcəyik. Seçki təkrar edilərsə, yeni bir dumanlı hava gələcəkdir. Gətiriləcəkdir. Bu, dəqiqdir.

Yaxşı, Abdullah bəy Gül və ya Əhməd bəy Davudoğlu yeni təşkilatla yola çıxarmı? Əli Babacan da burada yer alarmı? Şəxslər vasitəsilə bir yerə gedə bilmərik, lakin bu, analiz etməyimizə də əngəl deyil.

Abdullah bəy lap əvvəldən ABŞ-ın çox da qəbul etmədiyi bir şəxsdir. Doğrusu, (ABŞ hərbçilərinin Türkiyəyə gəlməsi haqqında – tərc.) razılıq qərarı müzakirə edilən zaman (01 mart 2003-cü ildə TBBM-də gedən müzakirələr nəzərdə tutulur – tərc.) ABŞ əleyhinə olan mövqeyini gördük. 27 aprel bəyənnaməsi (Türkiyə Silahlı Qüvvələrinin verdiyi bəyənnamə – tərc.) də buna bir cavab idi. Baş tutmadı.

Abdullah bəy, – biliyi, təcrübəsi və dərinliyi səbəbilə, – Türkiyənin İngiltərə ilə birlikdə yol almasını seçər.

Ötən gün verdiyi açıqlamada bu sətirlər önəmli idi: “Türkiyənin 1950-ci ildə çoxpartiyalı sistemə keçməsindən bu yana, hardasa 70 ildir, keçirilən seçkilər heç bir zaman mübahisə mövzusu olmamışdır. Türkiyəni seçkiləri mübahisəli olan bir ölkə halına əsla gətirməmək lazımdır.

Bəzi namizədlərin bütün namizəd olma prosesində hüquqi tələbləri qarşılayıb namizəd kimi qeydə alındıqdan və seçildikdən sonra nəticələrinin ləğv edilməsi, sayları çox az olsa da, olduqca mübahisəli bir durumdur”.

Abdullah bəyin açıqlaması, əlbəttə, bu qədər qısa deyil. Ancaq alt mətn oxunduğu zaman hörmətli Gülün HDP ilə bağlı həssaslığı görülməkdədir. Əslində, o, CHP, İyi Partiya, Səadət Partiyası və HDP-dən çox da ayrı düşmürdü.

Yaxşı, bəs “Davudoğlu yola çıxarmı?” sualına necə cavab axtara bilərik? Davudoğlunun heç unutmadığım bir fotoşəkili vardır. Hörmətli Davudoğlunun ABŞ-ın sabiq Xarici işlər naziri Hillari Klintonla olan fotoşəkili… Çox isti, yaxınlığı, dostluğu, yoldaşlığı göstərən bir fotoşəkildir. Klinton demokratdır. Və Davudoğlu bu siyasi məktəbə çox da uzaq deyil. Doğrusu, Hillari Klinton sonralar birlikdə nə qədər yaxşı işlədiklərini açıqlamışdı.

Abdullah bəyin İngiltərə ilə birlikdə yürümə seçimi etməsi, Davudoğlunun Klintonun arxasındakı məktəblə olan isti bağı nəzərə alması və ABŞ daxilindəki demokrat-respublikaçı yaxınlığının Türkiyə daxilinə təzyiq olaraq dönməsi ehtimalı çox böyükdür. Regionda HDP vasitəsilə qurulan ittifaqı görmək və anlamaq çox çətin deyil. “Kürd kartı” həm ayrılmanı, həm də birliyi təmin edər. Durum budur.

Gərginlik artar və maliyyə əməliyyatı şiddətlənərsə, daxildəki siyasi fiqurlar çoxalar. Kim çıxar, kim çıxmaz bilə bilmərəm. Amma ABŞ daxilində qurulan ittifaqın Türkiyədə əks olunmaları qəti şəkildə olacaqdır. Bu, dəqiqdir. Bütün inkişaf bu yöndədir.

Əgər Berat Albayrak maliyyə problemini həll edərsə, bütün həmlələri boşa çıxarda bilər. Və AKP-yə uzun müddət ərzində yetəcək nəfəs vermiş olar. Əks halda, daxildəki siyasi oyunçular vaxt itirmədən rol alacaqlar. Özü də heç gözlənilməyən bir cəsarətlə…(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar