Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrədə Telman İsmayılova qarşı cinayət işi açıldı

İsveçrədə Sürix prokurorluğu “BM-Bank”ın şikayət ərizəsi əsasında Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı cinayət işi açıb

Bu barədə “Kommersant” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

İsmayılov kreditorların ziyanına aktivlərin ixtisar edilməsi, o cümlədən, israf edilməsi ilə əlaqədar fırıldaqçılıqda şübhəli bilinir. Yerli qanunvericiliyə görə, bu maddə üzrə təqsirli bilinmiş şəxsi beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

“BM-Bank”ın (VTB-İF-ə məxsusdur) iddia ərizəsinə görə, 2012-ci ilin sentyabr ayından 2014-cü ilin fevral ayına kimi təşkilat AST şirkətlər qrupuna aid olan və biznesmenə məxsus “Ruslayn 2000” MMC və “Tropicano Finance B.V” şirkətlərinə ümumilikdə 230 milyon dollardan çox məbləğdə üç kredit ayırıb, İsmayılov özü isə kreditlərə zamin durub.

Hazırda kreditlər üzrə 15 milyard rubla yaxın peniya və cərimələr yığılıb. İsmayılov müflis elan edilib, əmlak isə hərraca çıxarılmalıdır.

Bundan əvvəl “BM-Bank” İsmayılova aid “Praqa” restoranı, “Tropikano” biznes mərkəzi, “AST” ticarət mərkəzi və Moskvanın Kutuzov prospektində yerləşən iki mənzili özününküləşdirib. Bundan başqa, ABŞ-da onun “Craig Valley Plaza” ticarət mərkəzinə həbs qoyulub.

Şikayətçi kreditor əmin edir ki, İsmayılov kredit vəsaitlərinin bir hissəsini İsveçrəyə göndərib, öz aktivlərini isə bir neçə yerli şirkət və fiziki şəxsin adına rəsmiləşdirib. Prokurorluq hazırda bu faktı araşdırır.

Biznesmenin yaxınları İsmayılovun İsveçrədə aktivlərinin olmadığını bildirir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar