Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 15 dövlət müəssisəsi özəlləşdirildi – Siyahı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Komitə bildirir ki, özəlləşdirməyə çıxarılan dövlət müəssisələrindən 15-nə ümumilikdə 50 sifariş qəbul edilib.

Rəqabətli hərracda iştirak edən vətəndaşlardan 10-u seçdiyi dövlət əmlakı üzrə sifarişi olduğu yerdən elektron formada verib. Budəfəki hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxt rayonlarında yerləşir. Onlar arasında rəqabət yaradan əmlak Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki binanın qeyri-yaşayış sahəsidir:

“İlkin qiymət 3 min manat təyin olunmuş dövlət əmlakının ümumi faydalı sahəsi 28.6 kv.m-dir. İştirakçılar arasında rəqabət ilə obyektin qiyməti 3 dəfədən çox yüksələrək 10 min 300 manata özəlləşdirilib. Hərracda öz sahibini tapan digər qeyri-yaşayış sahələri Nəsimi və Binəqədi rayonlarında yerləşir. Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsindəki ticarət obyektinin isə ümumi faydalı sahəsi 125.2 kv.m-dir. Adıçəkilən kiçik dövlət müəssisəsi hərracda 14 min manata özəlləşdirilib.

Bu dəfəki özəlləşdirmə hərracında rəqabət nəqliyyat vasitələri üçün də xarakterikdir. Belə ki, hərracda 10 nəqliyyat vasitəsi üzrə 41 sifariş verilib. Buraxılış ili 2007 olan “Nissan Sunny” markalı avtomobil üçün ilkin qiymət 4 min manat təyin olunub. İştirakçılar arasında mübarizə dövlət əmlakının son hərrac qiymətini 7 min 200 manata yüksəldib. Fəal iştirak şəraitində özəlləşdirilən digər avtomobillərdən biri də “Mercedes Benz” markasına aiddir. Bu nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 7 min manat olsa da, avtomobil 11 min manat təklif edən şəxs tərəfindən özəlləşdirilib. “Mitsubishi”, “Hyundai”, “Nissan” və “BMW” markalarından olan digər nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2008-ci illərdir. Bu avtomobillər isə əksəriyyəti rəqabət şəraitində olmaqla 4 min 500 manat ilə 11 min 800 manat aralığında təklif olunan qiymətlərə özəlləşdirilib”.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 23 aprel tarixində keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. (Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar