Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Şəhər İcra Hakimiyyəti yeni mərkəz yaradıb – Məqsəd

Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının həyata keçirilməsinə başlanılıb

PİA.az “Report”a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır.

Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə Bakıya gəliblər. Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülüb.

Əvvəlki səfər zamanı Mott MacDonald şirkətinin rəhbərlərinin bildirdiyinə görə, Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi qənaətbəxş səviyyədədir. Lakin bu vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən Bakı şəhərində məiçət tullantılarının daşınması və idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya Mott MacDonald şirkətinə müraciət olunub və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlayıblar. Əsas məqsəd paytaxt Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, Bakını gözəl məkana çevirməkdir.

Konsepsiya şərçivəsində artıq 2 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb.

Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradılıb. Mərkəzdə işçi qrup tərəfindən konspsiyanın hazılanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb.

Sabah saat 11:30-da Monitorinq Mərkəzində (metronun “Bakmil” tansiyasının yanı) Böyük Britaniya Mott MacDonald şirkəti rəhbərliyinin nümayəndəsi, Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri Martin Saymon konsepsiya barədə geniş məlumat verəcək və jurnalistləri maraqlandıransualları cavablandıracaq.

pia.az


Etiket: BŞİH

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar