Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çaylarda suyun səviyyəsi ilə bağlı son durum - Rəsmi

Çaylarda suyun səviyyəsi dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 50-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 40-100 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, aprelin 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 313 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 42 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 527 kub/s olmaqla, ongünlük normaya yaxın olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 142 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 168 kub/s təşkil etməklə ongünlük normaya yaxın olub .

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 366 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 15-də isə 344 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 129 sm qeydə alınıb. 2018-ci il aprelin 15-də isə bu rəqəm 185 sm təşkil edib. Salyanda suyun səviyyəsi 8 sm azalıb və 154 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 108 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 165 sm olub və bu göstərici 2018-ci il aprelin 15-də 186 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 sm artaraq 94 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 15-də isə 60 sm təşkil edib. (Axar.az)

pia.az


Etiket: çaylar ETSN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar