Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlandı

“IDC” analitik şirkəti fərdi kompüterlər bazarında aparılan tədqiqatın nəticələrini açıqlayıb

Cari ilin birinci rübünün yekunları üzrə lider tədarük həcmi 13,58 milyon qurğu təşkil edən ABŞ-ın “HP Inc.” şirkəti olub. Bu, bazarın ümumi həcminin 23,2 faizinə bərabərdir.

İkinci yerdə əvvəlki iki rüb ərzində lider olan “Lenovo” şirkəti qərarlaşıb. 13,427 milyon qurğu tədarük edən Çin istehsalçısı bazarda 23 faiz paya sahib çıxıb. Üçüncü pillədə 10,379 milyon qurğu və 17,7 faiz bazar payı ilə ABŞ-ın “Dell Technologies” şirkəti yer alıb. Dördüncü mövqedə qərarlaşan “Apple” şirkəti isə 4,058 milyon qurğu və 6,9 faiz payla ilk liderlər üçlüyündən xeyli geri qalıb.

Liderlər beşliyini 3,588 milyon qurğu və 6,1 faiz tədarük payı ilə Tayvanın “Acer Group” şirkəti tamamlayıb. İlk beş aparıcı istehsalçının dünya fərdi kompüterlər bazarında ümumi payı isə 75 faiz təşkil edir.

Qeyd olunur ki, 2019-cu ilin birinci rübündə dünyada 58,484 milyon fərdi kompüter istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 3 faiz azdır. (Axar.az)

pia.az


Etiket: IDC Lenovo Apple

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar