Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən varlı qadınları: onlar kimlərdir – Siyahı

Dünyanın ən varlı adamının boşanma xəbəri yayılanda hamıya aydın idi ki, əmlak bölgüsü zamanı çox böyük məbləğlərdən söhbət gedəcək

Ötən həftə Amazon şirkətinin qurucusu Jeff Bezos və arvadı Makkenzi ailə kapitalının necə bölüşdürülməsiylə bağlı razılığa gəldilər.

Makkenzi Bezos Amazon-da 4 faizlik paya sahib olacaq.

Bu, 35,6 milyard dolar deməkdir. Beləliklə, Forbes jurnalının versiyasına görə Makkenzi dünyanın ən varlı 24-cü adamı olacaq, qadınlar arasında isə üçüncü yeri tutacaq.

Bəs, dünyanın ən varlı qadınları siyahısında kimlər var? Bu siyahıya onlar necə daxil olublar?

1. Fransua Bettankur-Meyers

Sərvəti: 49,3 milyard dollar. Forbes jurnalının siyahısında 15-ci yerdədir.

Fransua kimdir?

Sərvəti ona anasından miras qalıb - Lilian Bettankur L'Oreal parfümeriya və kosmetika şirkətinin sahibi olub. Hazırda Fransua şirkətdə 33 faiz paya sahibdir.

Anasıyla onun münasibətləri heç də yaxşı olmayıb, hətta ana-bala 2007-ci ildə məhkəmədə çəkişiblər də.

Fransua məhkəmədə iddia edib ki, anasının səhhəti getdikcə pisləşir və ətrafındakılar bundan istifadə edib maliyyə baxımından onu istismar edirlər.

Onların əlaqələri Lilian Bettankurun ölümündən bir neçə il əvvəl bərpa olunub.

65 yaşlı Fransua həm də araşdırmaçılıq fəaliyyətiylə məşğuldur, yunan tanrıları və xristianlarla yəhudilər arasındakı əlaqələrlə bağlı bir neçə məqalə dərc etdirib.

2. Alice Uolton

Sərvəti: 44.4 milyard dollar. Ən varlı adamlar siyahısında 17-ci yerdədir.

Alice kimdir?

69 yaşlı Alice Uolton Uolmart supermarketlər şəbəkəsinin sahibi Sam Uoltonun yeganə qızıdır.

İki qardaşından fərqli olaraq şirkətin idarəçiliyində iştirak etməyib, incəsənətlə məşğul olub.

Arkanzas ştatının Bentonville şəhərindəki Amerika İncəsənəti Muzeyinin İdarə Şurasının sədridir.

3. Makkenzi Bezos

Sərvəti: 35,6 milyard dollar. Bu, onun sadəcə Amazon şirkətindəki payının dəyəridir. Bütün sərvətinin nə qədər olduğunu günlərin birində bizə Forbes deyəcək.

Makkenzi Bezos kimdir?

Makkenzinin 48 yaşı var. Jeff Bezosla 1993-cü ildə evləniblər - hedc-fondda birlikdə çalışdıqları zamanlarda.

Onların 4 uşağı var.

Qızlıq soyadı Tuttle olan Makkenzi əslən Kaliforniyadandır, Amazon-un ilk işçilərindəndir. İki roman yazıb.

Bundan başqa, o, zorakılığa qarşı mübarizə məqsədilə Bystander Revolution adlı qeyri-hökumət təşkilatı da yaradıb.

4. Jaklin Mars

Sərvəti: 23,9 milyard dollar. Ən ən varlı adamlar siyahısında 33-cü yerdədir. Amma Bezos-ların boşanmasından sonra bir pillə geriləmiş ola bilər.

Jaklin kimdir?

79 yaşlı Jaklin Mars “Mars” şirkətinə aid səhmlərin üçdə birinə sahibdir.

Bir çox başqa şeylərlə yanaşı, bu şirkət həm də məşhur Mars şokoladlarını istehsal edir. "Mars" 1911-ci ildə Jaklinin babası Frank Mars tərəfindən qurulub.

Jaklin şirkətdə 20 il işləyib və 2016-cı ilə qədər Direktorlar Şurasının üzvü olub.

Hazırda o, xeyriyyəçiliklə məşğuldur, Vaşinqton Milli Operasının və Milli Arxivin direktorlar şuralarının üzvüdür.

"Mars" ABŞ-ın ev heyvanları üçün yem istehsal edən ən böyük şirkətidir.

5. Yan Huiyan

Sərvəti: 22,1 milyard dollar. Çinin ən varlı qadını, dünyanın 42-ci varlı adamıdır.

Yan kimdir?

Country Garden Holdings adlı tikinti və inkişaf şirkətinə aid aksiyaların böyük hissəsi ona məxsusdur. Şirkətin saytında yer alan məlumatlara görə, Country Garden Holdings böyüklüyünə görə tikinti şirkətləri arasında dünyada 3-cüdür.

Yan Huiyan Ohayo Universitetində oxuyub. Şirkət səhmlərinin 57 faiz-i ona atasından miras qalıb.

6. Suzan Klatten

Sərvəti: 21 milyard dollar. Ən varlı adamlar siyahısında 42-ci yerdədir.

Suzan kimdir?

56 yaşlı Almaniya sakini əczaçılıq və avtomobil istehsalı şirkətlərindəki səhmləri sayəsində varlanıb.

Valideynlərinin vəfatından sonra Altana AG kimya şirkətinə aid səhmlərin 50faiz-i ona miras qalıb. O və qardaşı BMV şirkətində də 50 faiz paya sahibdirlər.

Sonralar Suzan Altana AG şirkətini bütünlüklə sahiblənib. Eyni zamanda, bir çox başqa şirkətlərin də səhmlərini alıb.

7. Loren Pauell Jobs

Sərvəti: 18,6 milyard dollar. Ən varlı adamlar siyahısında 54-cü yerdədir.

Loren kimdir?

Əpl şirkətinin qurucularından biri olan Stiv Jobsun arvadı. Ərinin ölümündən sonra Loren və onun ailəsinə Əpl və Disney şirkətlərindən 20 milyard dollarlıq sərvət miras qalıb.

Bundan sonra 55 yaşlı Loren jurnalistika sahəsinə investisiya qoyaraq “Atlantik” jurnalına aid səhmlərin böyük qismini alıb.

Eyni zamanda, Mother Jones və ProPublica-ya da vəsait qoyub.

Loren təhsildə və miqrasiya qanunvericiliyində islahatlar üçün mübarizə aparan təşkilatlara da yardım edir.

BBC

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar