Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ ilə Rusiya arasında böhran dərinləşir

""Orta və yaxınmənzilli ballistik raketlərin ləğvi haqqında" müqavilənin etibarsız hesab edilməsindən sonra, Rusiya "İsgəndər-M" operativ-taktik raket kompleksinin 11 adda seriyal istehsalına start verib"

Cebhe.info xəbər verir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko bəyan edib.

Qeyd edək ki, 500 ilə 5 bin 500 kilometr məsafə qət edən və müxtəlif tipli döyüş başlıqları, hətta nüvə başlıqları ilə təchiz olana biləcək bu yeni raket sistemini Rusiya indiyədək heç bir ölkəyə satmayıb.

Xatırladaq ki, ötən ilin 20 oktyabrında ABŞ prezidenti Donald Tramp Rusiyanın "Orta və yaxınmənzilli ballistik raketlərin ləğvi haqqında" müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib.

Bu il isə Rusiya prezidenti Vladimir Putin Rusiyanın "Orta və yaxınmənzilli raketlərin ləğvi haqqında" müqavilənin müddəalarını yerinə yetirməsini dayandırması barədə fərman imzalayıb.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən "Orta və yaxınmənzilli ballistik raketlərin ləğvi haqqında" müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə RusiyaABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir.

pia.az


Etiket: ABŞ Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar