Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident-Xalq birliyinin yaratdığı möcüzələr

Şaiq Məmmədov yazır

Son bir il Azərbaycan üçün olduqca əlamətdar hadisələrlə zəngin oldu. Prezident İlham Əliyevin Azərbaycan xalqının yekdil dəstəyi ilə ölkə rəhbərliyinə daha 7 illlik mandat qazanmasının ilk bir ili olduqca məhsuldar fəaliyyət və uğurlarla tarixin yaddaşına yazıldı. Azərbaycan gələcəyə qarşıdakı illərin də sabitlik, təhlükəsizlik və inkişafda keçəcəyinə zəmanət verəcək bir əminliklə gedir. Bu əminliyi yaradan isə şübhəsiz ki, İlham Əliyevin Azərbaycan dövlətinə növbəti illərdə də rəhbərlik edəcəyinə xalqımız tərəfindən verilən birmənalı dəstəkdir.

Azərbaycan xalqı xoş gündə də, bəd gündə də onunla birgə olan Liderini sevir, dəstəkləyir və ən əsası Ona inanır. Həmişə olduğu kim son bir ildə də Prezident xalqın arasındaydı. Şəhid ailələrinin problemlərinin həlli, zəlzələdən zərər çəkənlərə yardım, devalavasiyadan ziyan görənlərə təzminat və onlarla sevinclə qarşılanan fəaliyyətdə Azərbaycan xalqı Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyevanın bütün ağrı-acılı anlarda onların yanında olmasına böyük qürurla şahidlik etdi. Təsadüfi deyil ki, bu günlərdə Fransanın “Opinion Way” şirkətinin açıqladığı rəy sorğusunun nəticələrinə görə Azərbaycan xalqının 85%-i Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib.

Bəs İlham Əliyevi xalq üçün bu qədər əvəzolunmaz edən nədir? Bu, tarixdə ilk dəfə Azərbaycanın məhz İlham Əliyevin rəhbərliyi dövründə bu qədər böyük və güclü olması ilə bağlıdır. Cənab Prezidentin özünün də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan tarixdə heç zaman bu qədər güclü və qüdrətli olmayıb. İlham Əliyevin ölkəmizə qazandırdığı güc Azərbaycanın coğrafi baxımdan kiçik olmasına rəğmən onun “Böyük” statusuna keçməsinə səbəb olub.

Bu inkişaf tədricən olduğu və davamlı xarakter aldığı üçün bəzi insanlar bəlkə də Azərbaycanın necə bir durumdan hansı vəziyyətə gəldiyini tam miqyası ilə, təhlil etmədən aydın sezə bilmirlər. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi o çətin zamanlarda zəif və dirçəlməyə çalışan Azərbaycan bu dahi şəxsiyyətin böyüklüyünün kölgəsinə sığınmışdı və dünya siyasət səhnəsində məhz Heydər Əliyevin böyüklüyü Azərbaycana status, nüfuz qazandırırdısa, Ulu Öndərin siyasi kursunu davam etdirən İlham Əliyev Azərbaycanın geostrateji mövqeyindən maksimum məhartlə istifadə edərək ölkəni əhəmiyyəti və vacibliyinə görə yalnız nəhəng dövlətlərə xas olan “Böyük” statusuna daşıya bildi.

Cəmi bir neçə il əvvəl müstəqillik qazanan və hazırlıqsız müharibəyə yaxalanaraq bütün resursları məhv olmuş bir dövlət qısa müddətdə ayağa qalxır və nəinki regional, hətta dünya miqyaslı enerji, nəqliyyat və tranzit layihələrinə imza atır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Şimal-Cənub nəqliyyat marşrutu, TANAP və TAP kimi layihələri dünya tarixində 30 ildən az müstəqilliyi olan heç bir ölkə reallaşdıra bilməyib.

İlham Əliyevi fərqli edən də elə məhz bu məharətləridir. Vaxtaşırı müxtəlif ölkələrin media orqanlarında Azərbaycan Prezidenti və ailəsini ləkələmək istəyənlərin də məqsədi onların “ədalət carçısı” olmaları deyil, əslində Azərbaycan rəhbərini ölkənin inkişafı və maraqları naminə apardığı dönməz siyasətindən şantaj və qarayaxma yolu ilə sapdırmaq istəyidir. Təbii ki, müasir dünyanın ən bacarıqlı siyasətçilərindən olan İlham Əliyev də bunu yaxşı bilir və yalnız öz xalqına söykənərək ölkəni irəli aparmaq xəttindən bir an belə geri çəkilmir.

İlham Əliyev o siyasətçidir ki, vaxtilə İrana qarşı avantürist bir kampaniyada yer almayaraq Azərbaycanı qorumaq üçün dünyanın super dövləti olan ABŞ-ın prezidentinə belə etiraz etmiş və ölkənin müstəqilliyinin, maraqlarının, təhlükəsizliyinin onun üçün hər şeydən öndə gəldiyini ortaya qoymuşdu. Hətta qardaş Türkiyə belə müəyyən qüvvələrin təhriki ilə Azərbaycanın mövqelərini zəiflədə biləcək bir xətaya yuvarlanarkən məhz İlham Əliyevin tutduğu düzgün və uzaqgörən mövqe Qarabağ məsələsində ölkəmizin mövqeyini zəifləməkdən xilas etmiş və eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığı nəinki sarsılmış, əksinə daha möhkəm və sarsılmaz xarakter almışdır.
Bütün bunlar hər siyasətçinin bacaracağı işlər deyil və dünyada da bunu yaxşı anlayırlar.

Biz, Azərbaycan xalqı da hər zaman olduğu kimi indi və gələcəkdə də bu güclü, xarizmatik liderin yanında olmalı və ölkəmizin inkişaf və tərəqqisi naminə Azərbaycanın taleyinə İlham Əliyev dühasının düşməsinin necə böyük bir xoşbəxtlik və səadət olduğunu daha dərindən anlamalıyıq. Unutmamalıyıq ki, dövlətləri böyük və güclü edən, onların böyük və güclü rəhbərləri və bu rəhbərlərin arxasında sarsılmaz bir dağ kimi dayanan müdrik xalqlardır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar