Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı ilə Brüssel arasında razılaşdırılmayan 10 faizdə nələr var? - Təhlil

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-də Brüsselə səfəri zamanı dedi ki, Bakı ilə Brüssel arasında imzalanacaq saziş 90 faiz razılaşdırılıb

Siyasi ekspertlər arasında bundan sonra belə bir sual aktualaşıb: “Görəsən razılaşdırılmayan 10 faizdə nələr var?”

Sazişdə bir çox bənd var. Bunlardan Azərbaycan üçün ən vacibi enerji əməkdaşlığının genişləndirilməsidir. TANAP boru xətti 2020-ci ildə hazır olacaq. Azərbaycan bu boru xətti ilə öz qazını Avropaya çatdıracaq. Ona görə də rəsmi Bakı TANAP tikilənə qədər elə bu il Brüssellə strateji sazişin imzalanmasında maraqlı olmalıdır.

Belə olan halda sazişin imzalanması niyə gecikir?

Bəzi xəbərlərə görə rəsmi Bakı həmin sazişdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı vurğulanmasını istəyir. Müxtəlif məlumatlara görə guya avropalı diplomatlar tərəddüd keçirirlər. Aydındır ki, rəsmi Bakı haqlı olaraq istəyir ki, sənəddə belə bir bənd yer alsın: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”. Bu bəndə etiraz edəcək bir dövlət var – Ermənistan. Ancaq Ermənistan elə bir güc deyil ki, Avropa İttifaqı İrəvanın etırazına görə ərazi bütövlüyü ilə bağlı bənddən imtina etsin.

Əslində bu bənd Arvopanın da maraqlarına uyğundur. Çünki Avropa İttifaqı Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü vurğulayan bir neçə qətnamə qəbul edib. Odur ki, eyni bəndin sazişə salınması Brüssel üçün problem olmamalıdır.

Avropa İttifaqı ilə strateji sazişin imzalanmasıyla bağlı Azərbaycanda fərqli baxış yoxdur. Başda hakimiyyət olmaqla müxalifətin bütün spektri Bakı ilə Brüssel arasında strateji əməkdaşlıq sazişinin imzalanmasının tərəfdarıdır. Ən vacibi də budur.

Sazişin imzalanmasını əngəlləyən səbəblərdən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü gecikdirməsidir. Rəsmi Bakı bu üzvlüyün əleyhinə deyil. Sadəcə rəsmi Bakı Azərbaycanda rəqabətqabiliyyətli məhsullarının istehsalı hədəfinə çatdıqdan sonra Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqlarını intensivləşdirməyi planlaşdırır. Ancaq bu üzvlüyün gecikdirilməsi Brüssellə strateji sazişin imzalanmasına mane olmamalıdır. Bakı ilə Brüsselin imzalayacağı sazişdə bəndlərdən biri kimi Azərbaycanın qısa müddətdə Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə nail olacağı yazıla bilər.

Azərbaycanda demokatik təsisatların inkişafı bəndi də sənəddə əks olunacaq. Brüssel istəyir ki, onunla əməkdaşlıq sazişi imzalayan dövlət insan hüquqlarına və demokratik təsisatlarınn fəaliyyətinə hörmət etsin, vətəndaş cəmiyyətinin inkişafına dəstək versin. Bu bəndin varlığı Azərbaycanın özünə lazımdır ki, bu sahədə də islahatların dərinləşdirilməsi təmin edilsin.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar